14 Noyabr 2021 00:25
2473
Səhiyyə
A- A+

Təbii kalsium

 

Yumurta təkcə ağı və sarısı ilə deyil, həm də qabıqları ilə sağlamlığa fayda verir. Araşdırmalar nəticəsində məlum olub ki, ən təbii, ucuz və bioloji cəhətdən istifadə edilə bilən kalsium mənbəyi yumurta qabığı tozudur.

Yarım yumurta qabığı yetkin bir şəxsin gündəlik ehtiyacı olan kalsium miqdarını təmin edir. Orta boy yumurta qabığından 1 çay qaşığına qədər yumurta tozu əldə etmək mümkündür. Bu da özündə təxminən 800 milliqram kalsium ehtiva edir.

Bununla bağlı aparılan eksperimental və klinik tədqiqatlar yumurta qabığı tozunun siçanlarda və insanlarda raxit xəstəliyinə mane olan müsbət cəhətlər olduğunu ortaya qoyub. Aparılan klinik tədqiqatlar göstərir ki, yumurta qabığı tozu ağrını azaldır, hərəkətliliyi və sümük sıxlığını artırır, eyni zamanda sümük əriməsinin qarşısını alır.

Kalsiumdan əlavə yumurta qabığının tərkibinə dəmir, sink, ftor, fosfor, mis və s. kimi vacib elementlər daxildir. Ümumillikdə yumurta qabığının kimyəvi tərkibi insan dişi, sümükləri və dırnaqlarının kimyəvi tərkibinə bənzəyir.

Uşaqlarda raxit və anemiya zamanı əsas müalicə ilə paralel olaraq verilən yumurta qabığı çox yaxşı kömək edir.

Böyüklərdə damaqların qanaması, əsəbilik, dırnaqların kövrək olması və tez qırılması, karies, osteoporoz zamanı və bu xəstəliklərin və pozulmaların profilaktikası üçün yumurta qabığı uğurla istifadə oluna bilər.

Lakin yumurta qabığını düzgün istifadə etmək lazımdır. İlk növbədə, yumurta təzə olmalıdır, kənd yumurtası (dükanlarda satılan yox!) istifadə olunmalıdır. Təbii ki, bütün digər xalq təbabəti vasitələri kimi, yumurta qabığı da yalnız əsas müalicəyə əlavə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video