08 Iyun 2021 17:55
601
İQTİSADİYYAT
A- A+

Taxıl sahələrinin 11,4 faizi biçilib, sahələrdən 337600 ton məhsul yığılıb – operativ məlumat

 

Biçin prosesinin mütəşəkkil təşkili üçün “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən bütün lazımi hazırlıq işləri aparılıb. Biçin aparılacaq ərazilərdə növbəlilik sistemi tətbiq olunub, kombaynlarda GPS sistemi quraşdırılıb, rayonların kombaynlara tələbatı əvvəldən müəyyənləşib, texnikalar tələbata uyğun biçin ərəfəsində rayonlara göndərilib, biçin getməyən rayonlardan aktiv biçin bölgəsinə əlavə kombaynlar dislokasiya edilib.

AZƏRTAC xəbər verir ki, bu açıqlamanı jurnalistlərə Biləsuvarın Nəsimi kəndində biçin prosesini izləyən “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov verib.

O bildirib ki, biçin prosesinin təşkili ilə əlaqədar “Aqroservis” ASC-də operativ qərargah fəaliyyət göstərir. Biçin prosesinin aktivləşməsi ilə əlaqədar taxılbiçən kombaynlara olan tələbat gündəlik qaydada müəyyənləşdirilir və ehtiyatda olan kombaynlar ərazilərə dislokasiya eidlir: “Hazırda biçin gedən rayonlarda “Aqroservis”in 484 kombaynı biçin prosesində iştirak edir. Bundan başqa, biçin zonasına digər rayonlardan 235 kombayn dislokasiya etmişik. Bugünədək “Aqroservis”in kombaynları ilə 54104,7 hektar sahə biçilib. Bu, ümumi biçilmiş sahələrin təxminən 48 faizini təşkil edir”.

İyunun 8-dək Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb. Ümumilikdə 115512 hektar sahədə biçin aparılıb, sahələrdən 337600 ton məhsul yığılıb. Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu göstərici arpa biçininin nəticələrinə əsasən formalaşıb: “Hazırda buğda biçini yalnız Şamaxı, Cəlilabad və Göyçayda kiçik sahələrdə aparılır. Ümumilikdə bugünədək 2520 hektar sahədə buğda biçilib. 112992 hektar sahədə isə arpa biçini başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,4 sentnerdir, biçinin miqyası genişləndikcə bu rəqəm də artacaq. Arpa biçininin respublika üzrə optimal müddətdə başa çatacağını gözləyirik. İyunun ikinci ongünlüyündə artıq Aran rayonlarında kütləvi buğda biçininə də başlanacaq”.

Vüqar Hüseynov qeyd edib ki, Biləsuvar rayonunda bu il 34845 hektar sahədə payızlıq əkin aparılıb: “Bu sahələrin 21000 hektarı arpa əkinləridir. Artıq rayon üzrə arpa sahələrinin 10900 hektarında biçin başa çatıb. Orta məhsuldarlıq 30,8 sentnerdir, biçin davam etdikcə bu göstərici yüksələcək”.

Biləsuvar rayonunda biçin prosesinə 81 kombayn cəlb olunub. Bunlardan 35-i “Aqrosevis” ASC-nin, 46-sı isə fiziki və hüquqi şəxslərə aid olan kombaynlardır.

Biçin prosesi davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video