02:46 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tatarıstanda İslam xatirə nişanı inşa edilir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 02.02.2012

 

Tatarıstanın Bolqar qəsəbəsində inşası sona çatmaqda olan tikili İslam xatirə nişanı adlanır. Xatirə nişanı islamın 922-ci ildə Rusiya ərazisində dövlət dini kimi qəbul olunması şərəfinə ucaldılır.

Xatirə nişanı zirvəsində müsəlman hilalı olan dairəvi mis günbəzli, səkkizüzlü nəhəng binadır. Layihə qədim bulqar arxitekturası elementləri əsasında hazırlanıb.

Son tamamlama işləri aparılan tikilinin əsas zalında təntənəli təqdimatla çap üsulu ilə hazırlanmış dünyanın ən iri "Quran" kitabı yerləşdiriləcək. İtaliya ustalarının işlədiyi  kitabın uzunluğu 2, eni 1,5 metr, çəkisi isə 800 kiloqramdır. Bu "Quran" hələlik Kazanda saxlanılır. Layihəyə əsasən, əsas zalda Volqa Bulqariyasına  islamı gətirən və yayan abbasilər xəlifəsi  Müqtədirin təmsilçiliyinin (səfirliyinin) hərəkət marşrutunu əks etdirən irihəcmli xəritə quraşdırılacaq.

Binanın kürsü mərtəbəsində konfrans və  sərgilərin keçirilməsi üçün muzey-sərgi kompleksi yaradılacaq. Tikili islam mədəniyyətini təcəssüm etdirən elementlərlə, tarixi nişanələrlə zənginləşdirilir.

İslam xatirə nişanı mayın 21-də, bu ərazilərdə islamın rəsmən qəbulunun 1090-cı ildönümü günündə açılacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM