26 Noyabr 2021 00:24
434
İQTİSADİYYAT
A- A+

Tatarıstan Respublikası “Şəbəkələr kompaniyası”nın baş direktoru “Azərişıq” ASC-nin Şimal Qərb Regional SCADA İdarəetmə Mərkəzi ilə tanış olub

 

İlşad Fardiyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinə bu idarəetmə mərkəzi haqqında, həmçinin “Azərişıq” ASC tərəfindən ölkədə, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri bərədə geniş məlumat verilib. 

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, qonaqlar yarımstansiyada quraşdırılan müasir qapalı paylayıcı qurğular və digər zəruri avadanlıqlarla tanış olublar. Nümayəndə heyətinə bildirilib ki, bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub. 10 mindən çox abonentin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.

Qeyd edilib ki, qurulan sistem vasitəsilə Şimal-Qərb Regional İdarəetmə Mərkəzinə daxil olan 7 şəbəkə üzrə onlayn informasiyaları və operativ məlumatları həm bu idarəetmə mərkəzinə, həm də Bakıdakı Mərkəzi Dispetçer Xidmətinə ötürmək mümkündür. SCADA İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan İlşad Fardiyev Azərbaycanda müasirləşdirilən elektrik şəbəkəsinin imkanlarını yüksək qiymətləndirib.

Daha sonra Tatarıstandan gələn nümayəndə heyəti ilə yerli mütəxəssislər arasında fikir mübadiləsi aparılıb. İki ölkənin elektrik şəbəkəsində qurulan yeni sistemlər barədə qarşılıqlı müzakirələr aparılıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video