03:43 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tarixlə müasirliyin qovuşduğu məkan
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 19.08.2011

 

Gözəllik hamını xilas edir: insanları da, onların yaşadıqları şəhərləri, kəndləri də. Bunu gündən-günə gözəlləşən Bakının, onun ayrı-ayrı küçələrinin, məhəllələrinin göz oxşayan siması da deyir. Başqa yerləri deyə bilmərik, amma burada insanlar, bir növ, şəhərin, şəhər isə insanların mənəviyyatını, düşüncəsini, simasını müəyyən edir.

Bakının rayonları içərisində Binəqədinin öz yeri var. Binəqədi həm tarixdir, həm sabahdır. Binəqədi həm də tarixlə müasirliyin qovuşduğu bir məkandır.

Tarix Binəqədinin bir-birinə bənzəməyən evlərində, abidələrindədirsə, müasirlik onun yollarında, yeraltı, yerüstü keçidlərində, yüksəkmərtəbəli binalarında, Bakı Tennis Akademiyasının mərkəzi kortunda, "Nəsimi", "Azadlıq", "Dərnəgül" kimi bu rayonun payına düşən metro stansiyalarında görünür.

Yeni binalar, geniş yollar, yaşıl bağlar, xiyabanlar - bütün bunlar Binəqədiyə, Bakının bir hissəsi olan, minlərlə insanın məskunlaşdığı bir əraziyə yaraşıq verir, sakinlərin rahatlığına xidmət edir.

Bakı bizim evimizdir, - deyirik. Hərəkətsiz evdə isə bərəkət olmaz, - deyiblər və biz hərəkət ediriksə, bərəkəti də görəcəyik. Hər dəfə Bakının qazılan yollarının, sökülən köhnə binalarının toz-dumanı çəkildikdən sonra yerində gözəl küçələr, yaraşıqlı parklar canlanırsa, deməli, hərəkətlə birlikdə bərəkətdir gələn. Şəhərimizdə yaranan bütün bu gözəlliyi, yeniliyi hamı görür. Hamı bundan qürur duyur, fərəhlənir. Axı gözəllik həm də öz yurdundan, yaxınlarından, doğmalarından aldığın izahı bəzən mümkün olmayan bir hissdir... O isə insanı həm qürurlandırır, həm də sevindirir.

 

Bəxtiyar QARACA,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM