29 Avqust 2021 15:18
453
DÜNYA
A- A+

“Taliban” liderləri yeni əfqan hökuməti barədə danışıqlarda iştirak edirlər

 

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının liderləri molla Heybətulla Axundzadə və molla Əbdül Qani Bəradar yeni əfqan hökuməti barədə Qəndəhar əyalətində aparılan danışıqlarda iştirak edirlər.

AZƏRTAC Al Jazeera telekanalına istinadla xəbər verir ki, Qəndəharda aparıcı əfqan siyasətçiləri, habelə qəbilələrin və müxtəlif etnik qrupların liderləri ilə Əfqanıstanda yeni hökumətin strukturuna dair məsləhətləşmələr aparılır. Danışıqlara “Taliban” hərəkatının digər nüfuzlu üzvləri də qatılıb.

Yerli The Khaama Press agentliyinin bu ərəfədə yaydığı məlumata görə, hərəkatın nümayəndəsi Zəbihulla Mücahid yeni hökumətin formalaşdırılması prosesinin iki həftə ərzində yekunlaşa biləcəyini deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video