22 Avqust 2021 21:39
796
DÜNYA
A- A+

“Taliban” Kabil aeroportundakı xaosun məsuliyyətini ABŞ-ın üzərinə qoyub

 

“Taliban” hərəkatı Kabil beynəlxalq aeroportundakı iğtişaşların və xaosun məsuliyyətini ABŞ-ın üzərinə qoyub.

AZƏRTAC xəbər verir ki, bu barədə Al Arabiya telekanalının yaydığı məlumatda deyilir. Məlumata görə, taliblərin rəhbərliyi hesab edir ki, Kabil aeroportundakı xaosun məsuliyyətini Birləşmiş Ştatlar daşıyır.

“Taliban”ın nümayəndəsi bundan əvvəl etiraf etmişdi ki, Kabil aeroportunda və onun ətrafında qayda yaradılması və hökm sürən xaosun aradan qaldırılması sadə məsələ deyil. Hərəkat beynəlxalq qüvvələrdən xarici qoşunların Əfqanıstandan çıxarılması planına dair dəqiq izahat almaq istəyirdi.

Hazırda Kabil beynəlxalq aeroportunun sutkalıq işini NATO dövlətlərinin 800-ə yaxın mülki nümayəndəsi təmin edir, qayda-qanunu isə ABŞ, Böyük Britaniya və Türkiyə hərbçiləri dəstəkləyir. KİV-in məlumatına əsasən, minlərlə insan ölkədən çıxmağa cəhd göstərir. Uçuş-eniş zolağına çıxan kütləni qovmaq üçün hərbçilər gözyaşardıcı qazdan istıfadə edir, havaya atəş açırlar. İnsanlar havaya qalxan təyyarələrin şassisindən və füzelyajından yapışırlar. Bu insidentlər nəticəsində azı 12 nəfərin həlak olduğu bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video