29 Sentyabr 2021 16:41
511
DÜNYA
A- A+

“Taliban” hərəkatı İŞİD qruplaşmasına qarşı əməliyyata başladığını bildirib

 

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı paytaxt regionunda və ölkənin şərqində yerləşən Nanqarhar əyalətində İŞİD qruplaşmasına qarşı əməliyyata başladığını elan edib.

AZƏRTAC bu barədə The Khaama Press informasiya agentliyinə istinadla xəbər verir.

Sentyabr ayında Nanqarhar əyalətində baş verən partlayışlar və silahlı hücumlar nəticəsində həm taliblər, həm də dinc sakinlər arasında ölənlər olub. İnsidentlərin bəzilərinin məsuliyyətini Xorasandakı İŞİD qruplaşması üzərinə götürüb.

Qeyd edək ki, bir müddət öncə “Taliban” hərəkatının nümayəndəsi Zabihullah Mücahid Əfqanıstanda İŞİD qruplaşmasının fəaliyyətini şişirdilmiş adlandırmış və onların taliblər üçün təhlükə törətmədiyini bildirmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video