29 Noyabr 2011 01:11
482
Səhiyyə
A- A+

Talassemiyalı uşaqlar yaddan çıxmır

 

Milli Məclisin deputatı Cavanşir Feyziyevin təşəbbüsü və "Avro-Med" şirkətinin dəstəyi ilə Şəki şəhərində talassemiyadan əziyyət çəkən uşaqlar üçün növbəti humanitar aksiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, xeyriyyə tədbiri çərçivəsində əvvəlcə B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının Şəki bölməsində talassemiyalı uşaqlara kömək məqsədi ilə könüllü qanvermə aksiyası keçirilmişdir. Deputatın da iştirak etdiyi aksiyada gün ərzində iki yüzdən artıq şəkili donor könüllü qan vermişdir.

Sonra xeyriyyə tədbiri Şəkidə qeydiyyatda olan 60 nəfər talassemiyalı xəstə uşaq və onların valideynlərinin iştirakı ilə "Büllur" şadlıq sarayında davam etdirilmişdir. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev cəmiyyətin diqqətini həyatı mütəmadi olaraq qan köçürülməsindən asılı olan talassemiyalı xəstələrin probleminin həllinə yönəltməyin vacibliyini xüsusi vurğulamışdır. Son dövrlər talassemiyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində dövlət səviyyəsində ardıcıl tədbirlərin həyata keçirildiyini, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın qəbul edildiyini nəzərə çarpdıran deputat görülən tədbirlərə baxmayaraq, belə xəstələrin sayının ilbəil artmasının ciddi narahatlıq doğurduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, hazırda təkcə Şəki-Zaqatala bölgəsində 200 nəfərə yaxın, o cümlədən Şəkidə 60 nəfər talassemiyalı xəstə vardır.

C.Feyziyev talassemiyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi üçün xəstələrin lazımi dərman preparatları ilə təminatının daha da yaxşılaşdırılmasının, Bakı şəhəri də daxil olmaqla, 10 bölgədə ixtisaslaşdırılmış tibb müəssisələrinin, talassemiya mərkəzlərinin yaradılmasının, donorluq mədəniyyətinin inkişafının, yüksək ixtisaslı həkim-mütəxəssislərin yetişdirilməsinin, irsi qan xəstəlikləri üzrə əhalinin maarifləndirilməsinin vacibliyini önə çəkmiş, bu xeyirxah aksiyaya fəal qoşulduqlarına görə Şəki əhalisinə minnətdarlığını bildirmişdir.

Rəngarəng konsert proqramı ilə bir neçə saat davam edən xeyriyyə tədbirinin sonunda şirkət tərəfindən talassemiyalı xəstə uşaqlara maddi yardım göstərilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video