20 Sentyabr 2011 12:09
615
DÜNYA
A- A+

Tailandda daşqın 112 nəfərin həyatına son qoydu

 

Tailandda daşqın qurbanlarının sayı 112 nəfərə çatmışdır. Bu barədə "Neyşn" qəzeti xəbər verir.

Məlumata görə, tropik leysan yağışları ucbatından ölkənin 76 əyalətindən 26-nı qismən su basmışdır. Zərər çəkmiş rayonlarda yüzlərlə ev dağılmış, yollar yararsız hala düşmüşdür. Fəlakətdən daha çox Tailandın şimal hissəsi zərər çəkmişdir.

Yaxın üç gün ərzində ölkənin mərkəzi əyalətlərinin ərazisi ilə axan Çao Praya çayının səviyyəsinin 30 santimetr qalxacağı gözlənilir. Sinoptiklərin proqnozuna əsasən, ölkənin şərq hissəsində də vəziyyət pisləşəcək. Mütəxəssislərin fikrincə, Mekonq çayında suyun səviyyəsi gündə 10 santimetr artır.

Daşqın qonşu ölkələrə də zərər vura bilər. Məcrasından çıxmış Mekonq çayı Tailandla Laos arasında təbii sərhəddir. Çayın aşağı məcrası isə Kamboca və Vyetnam ərazisində yerləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video