20 Dekabr 2011 02:12
385
Mədəniyyət
A- A+

Tahir Salahov: Qəbələ sənət və təbiət gözəlliyinin uzlaşdığı, rəssamlara ilham verən məkandır

 

Azərbaycanın və Rusiyanın xalq rəssamı, akademik Tahir Salahov jurnalistlərə müsahibəsində bildirmişdir ki, ölkəmizin nüfuzunun formalaşmasında mədəniyyət mühüm rol oynayır. Mədəniyyət hər bir xalqın vizit kartıdır. Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm incəsənət sərgisinin keçirilməsi vacib hadisədir. "Ecazkar mənzərəsi olan Qəbələ sənət və təbiət gözəlliyinin çox uğurlu şəkildə uzlaşdığı bir məkandır. Qəbələ şəhərində artıq ikinci ildir ki, keçirilən və yüksək səviyyədə təşkil olunan bu beynəlxalq sərginin getdikcə dünyada məşhurlaşması və ötən illə müqayisədə bu sərgidə iştirakçıların sayının xeyli artması buna əyani sübutdur. Dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyində belə möhtəşəm sərginin təşkili yaxşı ideyadır və bura rəssamlar üçün həm də gözəl ilham mənbəyidir. Bu sərgidə müxtəlif mədəniyyətlər ən yüksək səviyyədə təbliğ edilir. Bu tədbir incəsənətimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir. Sərgidə nümayiş olunan realist çalarlarla, fərqli forma və rənglərlə maraq doğuran bu yaradıcılıq nümunələri bir qədər sərt görünsə də, əslində, heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə diqqəti çəkir. Həqiqətən də, parlaq və orijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin nümunələri bu sərgidə özəlliyi ilə seçilir. Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar açır. Sərgidəki əsərlərdə daha çox qeyri-ənənəvi, bəzən hətta gözlənilməz ifadə texnologiyası tətbiq edilmişdir. Əcnəbi və yerli sənətsevərlər böyük estetik zövq bağışlayan əsərlərə maraqla tamaşa edir və bir daha Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə inkişaf etdiyinin şahidi olurlar".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video