18:43 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşada tariximizin yeni Zəfər salnaməsi yazıldı

ANA SƏHİFƏ / SİYASƏT
01:36 18.06.2021

 

Bu günlərdə hər birimiz yenidən qürur və dərin sevinc içərisindəyik. Çünki Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü  ərəfəsində dövlətçilik salnaməsinin növbəti şərəfli səhifəsi yazılmaqdadır. Xalqımız tariximizə qızıl hərflərlə həkk olunan növbəti hadisəyə iyun ayının 15-də - Milli Qurtuluş Günündə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın respublikamıza səfəri və Azərbaycanla-Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması ilə şahidlik etdi.

Türkiyə Prezidentinin Azərbaycana səfəri və Şuşaya getməsi ilk növbədə iki qardaş dövlət və onların rəhbərləri arasında sarsılmaz münasibətlərin ən yüksək səviyyədə olmasının bariz nümunəsidir. Prezident  Rəcəb Tayyib Ərdoğanın Azərbaycana NATO Zirvə görüşündə iştirak etdikdən və ABŞ, Fransa, Almaniya, Böyük Britaniya kimi dövlətlərin liderləri ilə görüşlərdən sonra səfər etməsi və Şuşaya getməsi həm də bütün dünyaya verilən bir mesaj idi: Türkiyə rəhbəri bununla bir daha dünyaya göstərdi ki, hər zaman olduğu kimi, bundan sonra da qardaş Azərbaycanın yanında olacaq.

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşada keçirdikləri görüş, Heydər Əliyev Fondunun təşkil etdiyiMusiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyada iştirak etmələri, “Xan qızı” bulağına getmələri, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət, o cümlədən Şuşada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə görüşü Azərbaycan-Türkiyə qardaşlığının növbəti təcəssümü olmaqla yanaşı, həm də birliyimiz barədə dünyaya açıq mətnlə verilən mesajlar olduHər iki lider Şuşadan bölgəyə və bütün dünyaya çox mühüm açıqlamalar verdilər. Bu baxımdan iki qardaş dövlətin prezidentlərinin Şuşada görüşmələri və danışıqlar aparmaları olduqca böyük və tarixi siyasi əhəmiyyət daşıdı.

ŞuşadaAzərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması isə iki qardaş dövlətin Qarabağ müharibəsində qazandıqları tarixi Zəfərin yeni müstəvidə davamı idi. Prezident İlham Əliyev bu səfərin tarixi əhəmiyyətinin olduğunu qeyd edərək  müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamənin əlaqələrimizin bundan sonrakı inkişafında mühüm sənəd olduğunu bəyan etdi: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı özü-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”.

Birgə müttəfiqlik Bəyannaməsi Qars müqaviləsindən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən ən böyük tarixi razılaşmadır. Çünki bəyannamə Azərbaycanla Türkiyə arasında münasibətlərin bundansonrakı yeni strateji məzmununu müəyyən edir, əlaqələrin ən yüksək səviyyəyə qaldırmaqla, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına  yol açır. Ona görə bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq, onların regional və beynəlxalq rolunu və çəkisini daha da artıracaq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə Zəngəzur dəhlizi ilə bağlı məsələnin də əks olunması olduqca əhəmiyyətlidir.

Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması və Dağlıq Qarabağ münaqişəsinə son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsi həm də Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Prezident Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu göstərdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Təbii ki, bu Zəfərin Azərbaycanla Türkiyə arasındakı əlaqələrin daha da genişlənməsinə təsir göstərəcəyi və münasibətlərin daha da dərinləşdirilməsinə yol açacağı gözlənilən idi. Və göründüyü kimi, bütün bunlar baş verdi və Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Şuşa  Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoydu.

Prezident Rəcəb Ərdoğanın Şuşa səfərinin ardından Milli Məclisdə etdiyi çıxış isə şahidi olduğumuz böyük siyasi-tarixi prosesin məntiqi davamı idi. Bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyevlə və nümayəndə heyəti ilə birgə Şuşada olduğunu deyən Türkiyə Prezidenti Ərdoğan bu qədim Azərbaycan şəhərində, azad Qarabağ torpağında Azərbaycan bayrağının qürurla dalğalandığını görməkdən bəxtiyarlıq duyğuları yaşadığını diqqətə çatdırdı. Zaman keçdikcə Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların daha yaxşı anlaşılacağına əminlik ifadə edən Prezident Ərdoğan bu qələbənin quruculuğun, ədalətin, sülhün Zəfəri olduğunu vurğuladı.

Azərbaycanın və Türkiyənin ortaq gücü regionda yeni şərait yaradıb. Şuşa Bəyannaməsində də bu məsələ öz əksini tapdı. Yeni reallıq regionun bütün dövlətlərinin inkişafına və rifahına xidmət edir. 44 günlük Vətən müharibəsində işğal siyasətinə son qoyulan Ermənistanın da bu reallıqla barışmaqdan başqa yolu yoxdur. Çünki Ermənistan üçün bu yolun alternativi səfalət və zülmətdir. Şuşadan dünyaya mesajlar verən Azərbaycan və Türkiyə prezidentləri hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət etdilər.

 

Məşhur MƏMMƏDOV,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM