07:26 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşa, sən azadsan!

ANA SƏHİFƏ / SİYASƏT
00:32 18.05.2021

 

Şuşa - yenilməz diyar! Şuşa mədəniyyət və mənəviyyat ocağı! Şuşa, Qarabağda Zəfərimizin rəmzi! Nə qədər istəsək simvollaşdıra bilərik qalalar məskənini. 30 ilə yaxın idi ki, həsrətini çəkdiyimiz doğma şəhərimiz bu günlərdə ana təbiətin körpə balası kimi əzizlənir, sanki nazlanır. İndi İsa bulağının zümzüməsini eşidirik! Cıdır düzü yağıların tapdağından qurtularaq doğmalarına sinə açır. Nəğməli-musiqili gününə qovuşub gözəl Şuşa! Taleyinə yazılmış bəxtəvər günlərini yaşayır.

Şuşa dedikdə öncə gözlərimizin önündə uca bir zirvədə qərarlaşan qartalı xatırlaya bilərik: əsası Pənahəli xan tərəfindən qoyulmuş, qala divarları ilə əhatələnmiş, relyefə uyğun olaraq küçələrinə təbii daşlardan örtük döşənmiş dünyada məşhur olan bir şəhər. Təkcə azərbaycanlılar deyil, rus və fransız alim və səyyahları da vaxtilə Şuşanın gözəlliyinə heyran qalmış və bu diyarın məhz azərbaycanlılara məxsus olduğunu təsdiq etmişlər.

Şuşada məşhur Bazarbaşı meydanı, qədim karvansaralar, məscidlər mövcud olmuşdur. Dahi şairlərin, musiqiçilərin və bəstəkarların yetişdiyi bu məkanda mədəni məclislər təşkil edilmişdir. Hətta çayxanalarda elmi və maarifləndirici söhbətlər milli adət-ənənə şəkli almışdır.

Ulu Öndər Heydər Əliyevin sovetlər dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda Şuşanın inkişafına önəm verdiyi göz önündə canlanır. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsi, şairə X.Natəvanın, bəstəkar Üzeyir bəy Hacıbəylinin, görkəmli musiqiçilərdən Bülbülün, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun və başqalarının ev-muzeylərinin təşkili bunun bariz nümunəsidir.

1992-ci il mayın 8-də səriştəsiz Azərbaycan hakimiyyətinin yaratdığı xaos nəticəsində Qafqazın musiqi beşiyi Şuşa ermənilər tərəfindən işğal edildi. Erməni faşistləri mədəniyyət abidələrini, cansız daş heykəlləri güllələdilər. Uzun illər davam edən danışıqlarda Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun davamçısı Ali Baş Komandan İlham Əliyev istər siyasi, istərsə də hərb yolu ilə işğal altında olan torpaqlarımızın, eləcə də Şuşanın işğaldan azad olunacağını bəyan etmişdilər.

Nəhayət, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Şuşaya “Zəfər” yolu açıldı. Prezident İlham Əliyev 2021-ci ilin may ayında imzaladığı sərəncamla Şuşa “Azərbaycanın mədəniyyət paytaxtı” elan edildi. Bu sərəncamla, demək olar ki, Şuşa qədim musiqi beşiyi statusunu özünə qaytardı. Belə qənaətə gəlmək olar ki, bütün dünyada yeganə dili olan musiqi Şuşanı bəşəriyyətə mədəniyyət beşiyi kimi tanıdacaq.

Bu günlərdə Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalı da bir daha bunu təsdiqləyir.

 

Ruhiyyə İMANOVA,

Xocalı şəhər sakini, şəhid qızı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM