23 Noyabr 2021 00:15
812
İQTİSADİYYAT
A- A+

Şuşa Şəhər Dövlət Qoruğunda mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb

 

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” (MESD) proqramının tətbiqinə başlayıb.

Proqram sənədlərin icrasında operativliyin və effektivliyin artması, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcək. Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov AZƏRTAC-a bildirib ki, Şuşa özünün intibah dövrünü yaşayır, şəhərdə irihəcmli infrastruktur layihələri həyata keçirilir, erməni işğalı zamanı dağıdılmış tarixi abidələr bərpa olunur: “Bir çox yerli və xarici şirkətlər Şuşanın bərpasında iştirakdan qürur duyur, amma bu işlərin operativ təşkili, həm dövlət, həm də özəl şirkətlərlə sənəd dövriyyəsinin müasir formada təmin olunması vacib prioritetlərdən birinə çevrilib. Müasir tələblərə cavab verən hər bir təşkilatda sənəd dövriyyəsinin elektronlaşdırılması tapşırıqların icrasının effektivliyini, əməkdaşın iş qabiliyyətini və bacarıqlarını müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan qeyd olunan sahədə böyük təcrübə qazanmış “ASAN xidmət” ilə əməkdaşlığa başlamağımızı vacib mərhələ kimi qiymətləndiririk”.

Noyabr ayının 17-də Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin rəhbərliyi və əməkdaşları üçün MESD, “ASAN Login”, “myGov”, İnsan resurslarının idarə olunması sistemi və digər uğurlu layihələr haqqında ətraflı məlumat verib. Təqdimat zamanı Fariz Cəfərov dövlət qurumları tərəfindən göstərilən xidmətlərin “ASAN xidmət” indexi vasitəsilə qiymətləndirildiyini bildirib.

Treninqin sonunda süni intellekt, “Big Data” texnologiyasına artan tələbat və 4-cü sənaye inqilabı dövründə Azərbaycanın çağırışları mövzusunda fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video