16 Oktyabr 2021 00:47
777
Elm və texnika
A- A+

Sürücüsüz yük maşınları

 

Yollarda sürücüsüz nəqliyyat vasitələrini görməsək də, bu tip xəbərlərə öyrəşmişik. Lakin artıq bir sıra ölkələrdə qatarlar maşinistsiz idarə olunur. İndi isə növbə yük maşınlarındadır.

Uzun müddət logistika sahəsinin gündəmində olan bu yeniliyin reallaşmasına lap az qalıb. Əgər danışıqlar müsbət nəticə verərsə, “Mersedes” və “Peloton” şirkətləri sürücüsüz yük maşınlarının istehsalına başlayacaq.

Amma yeniliyin həyata keçirilməsinin müsbət və mənfi cəhətləri var. Əvvəl müsbət cəhəti barədə. Belə maşınların istifadəsi həm vaxt, həm də büdcə baxımından əlverişlidir. Yəni kompüterlərin dincəlmək üçün fasiləyə ehtiyacı olmur, onlara maaş verilmir və sürətin artıb azalması nəticəsində yanacağa xeyli qənaət edilir. Mənfi tərəfi isə sürücülərin və yük maşınlarının dayanacaqlarında çalışanların işsiz qalmaq ehtimallarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video