30 Iyul 2021 18:58
829
DÜNYA
A- A+

Suriyanın cənubunda 15 dinc sakin qətlə yetirilib

 

Suriyanın cənubunda Deraa əyalətində Bəşşar Əsəd rejiminin qoşunlarının hücumları nəticəsində 15 dinc sakin, o cümlədən uşaqlar həlak olmuşdur. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Məlumata görə, Əsədə sadiq qüvvələr Deraa-əl-Balad məhəlləsində öz hökmranlığını gücləndirmək məqsədi ilə əyalətin eyniadlı inzibati mərkəzində yerüstü əməliyyata başlamışdır. Hücum zamanı rejim qüvvələri tanklardan və artilleriya mərmilərindən istifadə etmişlər. Toqquşmalar yaxınlıqdakı yaşayış məntəqələrində davam etmişdir.

Son məlumata görə, region əhalisinin və silahlı müxalifət dəstələrinin müqaviməti ilə rastlaşan Əsəd qoşunları qızğın döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində qalmışdır. Müxalifət döyüşçüləri rejimin 12 blokpostunu ələ keçirə bilmişdir. Buna cavab olaraq Əsəd qüvvələri yaşayış məntəqələrini minaatanlardan və artilleriyadan atəşə tutmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video