30 Oktyabr 2011 12:10
416
DÜNYA
A- A+

Suriya MAQATE-nin ekspertlərini nüvə obyektinə buraxmadı

 

Suriya hakimiyyət orqanları BMT yanında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssislərinə ölkədəki obyektlərdən birində yoxlama aparmağa icazə verməmişdir. Bu barədə "Assoşieyted Press" agentliyi xəbər verir.

MAQATE-nin ekspertləri güman edirlər ki, onları maraqlandıran obyekt Suriyanın nüvə proqramına aiddir. Bunu təkzib edən Dəməşq isə bildirir ki, həmin bina ölkənin silahlı qüvvələrinə məxsusdur və obyekt nüvə proqramı ilə məşğul olmur.

MAQATE 2008-ci ildən Suriyanın qapalı nüvə proqramı barədə geniş məlumat almağa cəhd göstərir. Agentliyin məlumatına əsasən, 2007-ci ildə İsrailin hərbi hava qüvvələri nüvə reaktorunu məhv etmişdir. O vaxt Dəməşq reaktorun qurulmasını praktiki olaraq başa çatdırmışdı.

Bəzi məlumatlara görə, Suriya ərazisində digər nüvə obyektləri qalmışdır. Lakin onların mövcudluğu barədə hələ ki, heç bir sübut yoxdur. Eyni zamanda Suriya hakimiyyət orqanları MAQATE-nin müfəttişlərini ölkəyə buraxmaqdan ardıcıl olaraq imtina edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video