04 Noyabr 2011 12:11
407
DÜNYA
A- A+

Suriya Ərəb Dövlətləri Liqasının planını qəbul etdi

 

Suriya hakimiyyət orqanları Ərəb Dövlətləri Liqasının (ƏDL) təklif etdiyi dinc tənzimləmə planını qəbul etmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir. ƏDL-in planı ölkənin bütün yaşayış məntəqələrindən qoşun bölmələrinin çıxarılmasını, məhbusların həbsdən azad edilməsini, habelə dinc əhaliyə qarşı zorakılığın dayandırılmasını nəzərdə tutur. Bundan əlavə, Suriya hakimiyyət orqanları ƏDL-ə və xarici KİV-yə ölkədə baş verənlər barədə doğru məlumat verməyi öhdəsinə götürür.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Həməd bin Casim Sani bununla bağlı demişdir: "Biz razılaşmanın əldə olunmasına sevinirik. Plan həyata keçdikdən sonra isə daha çox sevinəcəyik".

Öz növbəsində, ABŞ bildirmişdir ki, Suriyada zorakılığın dayandırılmasına yönəldilmiş bütün səyləri dəstəkləyir. Amma Vaşinqton əvvəlki kimi hesab edir ki, Prezident Bəşşar Əsəd legitimliyini itirmişdir və vəzifəsindən getməlidir. Ağ evin rəsmi nümayəndəsi Cey Karninin dediyinə görə, "ABŞ-ın Əsədə münasibəti dəyişməz qalır".

Xatırladaq ki, bu ilin martından bəri Suriyada hökumət əleyhinə kütləvi çıxışlar davam edir. Nümayiş iştirakçıları Prezident Əsədin istefaya çıxmasını və ölkədə siyasi islahatların keçirilməsini tələb edirlər. Hakimiyyət nümayişçilərə qarşı sərt tədbirlər görür. Hüquq-müdafiə təşkilatlarının məlumatına əsasən, hökumət qoşunları ilə etiraz aksiyalarının iştirakçıları arasında toqquşmalar nəticəsində 3 min nəfərdən çox adam həlak olmuşdur.

"Röyter" agentliyinin verdiyi xəbərə görə, dünən Suriyanın hökumət qoşunları Homs şəhərində qalmışlar. Əsgərlər və tanklar şəhərin məhəllələrini atəşə tuturlar. Nəticədə Bab Əmro rayonunda azı 3 nümayişçi öldürülmüşdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video