07 Iyun 2014 01:06
281
Səhiyyə
A- A+

Suraxanı rayonunda kütləvi dezinfeksiya işləri aparılır

Suraxanı Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin, Bakı şəhər dezinfeksiya stansiyasının Suraxanı regional bölməsinin birgə təşkilatçılığı ilə rayonda kütləvi dezinfeksiya işləri aparılır.

İcra hakimiyyətindən AzərTAc-a bildirilmişdir ki, isti yay günlərinin başlaması ilə əlaqədar infeksion xəstəliklərin yayılma təhlükəsinin artdığını nəzərə alaraq, iyunun 2-dən 15-dək Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin ərazisində, qaçqın və məcburi köçkünlərin kompakt məskunlaşdıqları yataqxana və binalarda dezinfeksiya işləri görülür. Həmçinin ərazidəki konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı birdəfəlik kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılır.
Kütləvi tədbirlərin aparılmasına dezinfeksiya bölməsinin 18 işçisi cəlb edilmişdir.
Görülən bütün işlər Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirlərinin təkmilləşdirilməsi barədə əmrinə əsasən müvafiq kimyəvi preparatlarla aparılır.
Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video