05 May 2014 05:05
300
Səhiyyə
A- A+

Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla başa çatmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi aksiyası Bakının Suraxanı rayonunda uğurla başa çatmışdır.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün hələ fevral ayında rayonda bütün zəruri tədbirlər görülmüşdü. Bu məqsədlə rayon icra hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunmuşdu.
Rayon əhalisinin tibbi müayinəsi 5 xəstəxana, 3 poliklinika və 1 ambulatoriyada aparılmışdır. Suraxanının 209 min 312 nəfər sakininin və rayonda məskunlaşmış 20 min 125 nəfər məcburi köçkünün tibbi müayinəyə cəlb olunması nəzərdə tutulmuşdu. Onlardan 187 min 708-i tibbi müayinədən keçmişdir. Bu da rayon əhalisinin 81.8 faizini təşkil edir. Bundan əlavə, 124 idarə və müəssisənin kollektivi tibbi müayinədən keçmişdir. Vətəndaşların 10 min 759 nəfəri rentgen, 55 min 360 nəfəri laboratoriya, 6 min 563 nəfəri USM, 4 min 999 nəfəri EKQ müayinəsindən keçmişdir. Onlardan 4 min 224 nəfər ambulator, 391 nəfər stasionar müalicəyə cəlb olunmuşdur.
Tibbi müayinələrdən rayon əhalisi çox razı qalmışdır. Sakinlər bu tədbirin həyata keçirilməsini Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulamış, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video