06 Oktyabr 2021 10:49
2681
CƏMİYYƏT
A- A+

Süni intellekt insan həyatına necə təsir edəcək?

 

Gələcəkdə alimlər insan beyninin strukturunu mikroprosessor səviyyəsində təkrarlaya bilsələr, süni intellekt seqmentində bir inqilab baş verəcək. Portativ kompüterlərdə, ağıllı telefonlarda, avtomobillərdə və IoT cihazlarında olan çiplər daha zəkalı və daha ağıllı olacaq.

AZƏRTAC xarici KİV -lərə istinadla xəbər verir ki, bəlkə də maşın insanın zehnini və yaradıcılıq imkanlarını təkrarlaya bilməyəcək, lakin insan beyni ilə neyro-şəbəkə arasında minimum fərqlər olacaq.

Beynin ən yaxşı keyfiyyətlərindən (yəni konkret olaraq müstəqil şəkildə və paralel olaraq məlumat emal etmə qabiliyyətindən) istifadə edərək, maşın problemlərin həllində daha böyük sərbəstlik və daha geniş hərəkət amplitudasını əldə edəcək. Məsələn, yolda bir maneəni təhlil edərkən, pilotsuz nəqliyyat vasitəsi istehsalçının serverlərinə müraciət etmədən məlumatı işləyib qərar qəbul edə biləcək. Bu, müstəqil nəqliyyat vasitəsinin uzaqda olan mərkəzlə ünsiyyət qurması zamanı yaranan gecikməni aradan qaldıracaq.

Daha çox sərbəstliyə malik olan ağıllı ev gadget'ları daha müstəqil və sərbəst olacaqlar. Məlumatın yerli təhlili keyfiyyəti xarici sistemlər vasitəsilə məlumatların işlənmə keyfiyyətindən aşağı olmayacaq. Maşınlar enerjidən daha qənaətlə istifadə edəcək, kiberhücum ehtimalı azalacaq – hər şey məlumatın adi bir şərti ağıllı rozetka prosessorundan və ya bir robot tozsorandan kənara çıxmaması səbəbindən baş verəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video