“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Yeni ekoloji layihələr SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaq
Maltepe Universitetinin professoru: “Azərbaycan həm iqtisadi, həm də hərbi güc baxımından bölgənin lider ölkəsidir”
Xalid Taimur Akram: “Pakistan Qarabağ münaqişəsi başlandığı andan Azərbaycanı dəstəkləyib”
Eva Mariya Aux: “İşğaldan azad olunmuş ərazilərə səfər burada gördüklərimizi dünyaya çatdırmaq üçün nadir imkandır”
Beynəlxalq maliyyə qurumları dünyanın bu mürəkkəb dövründə də Azərbaycan iqtisadiyyatı üçün nikbin proqnozlar verir
Azərbaycan-Ukrayna Kənd Təsərrüfatı Məsələləri üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Sumqayıtın 55 yaşlı bayramı
Yaşı əsrləri adlayan şəhərlərin keçmişi ilə bağlı söz demək bəzən yanlışlığa gətirib çıxarır. Hardasa min illər haqqında yalnız arxiv sənədləri danışa bilər. Amma yaxın keçmişlə bağlı canlı insanların söhbətləri səni dünənin tarixinə, həqiqətin şahidinə aparır. Sumqayıtda 8 Mart Qadınlar bayramının ilk dəfə qeyd olunması belə tarixlərdəndir.
Yaranışının 72-ci ilinə yaxınlaşan Sumqayıt 1949-cu ildə sənaye şəhəri statusunu almış və hazırda bu şərəfli adı layiqincə daşıyır. Cənubi Qafqazın nəhəng sənaye mərkəzi olan Sumqayıt İkinci Dünya müharibəsindən sonra yaradılıb. Hələ müharibə illərində yeni şəhərin salınacağı ideyası vardı. Lakin müharibə bu işi bir neçə il gecikdirdi.
Boz çöllərdə, çirkli suların axıdıldığı bir ərazidə salınan Sumqayıt sovet dönəminin simvol şəhərlərindən biri oldu. Həmin illər keçmiş SSRİ-də eyni vaxtda bir neçə şəhərin yaradılmasına qərar verilmişdi. İndiki Sumqayıtın ərazisində yeni şəhərin salınması haqqında qərar qəbul edildikdən sonra buraya hər tərəfdən axın başladı. Müttəfiq respublikalardan da xeyli insan işləmək üçün Sumqayıta üz tutdu. Hətta həmin dövrdə böyük amnistiya oldu. Həbsdən buraxılanların bir hissəsi Sumqayıta işləməyə gəldi. Az müddət ərzində şəhərin müxtəlif istiqamətlərində yeni gələnlərin yaşaması üçün “barak”lar salınmağa başladı.
Bura işləməyə gələnlərin arasında qadınlar da var idi. Şəhərin elə bir ərazisi yox idi ki, orada işləyənlər cərgəsində qadınlar olmasın. Elə bil onlar kişilərdən daha yaxşı işləmək, daha çox uğurlar əldə etmək üçün yarışa girmişdilər. Millətindən, yaşından asılı olmayaraq insanlar, o cümlədən xanımlar Sumqayıta doğma şəhərləri kimi bağlanırdılar. Onların çoxu burada işləməklə yanaşı, ailə qurur, yeni şəhərin sakinlərinə çevrilirdilər.
Sumqayıtda 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd edilməsinin də qəribə tarixi var. Məlumat üçün bildirək ki, keçmiş SSRİ-də həmin bayram 1965-ci ildən qeyd edilməyə başlamışdı. 1966-cı il martın 1-də şəhər partiya komitəsi tikinti təşkilatlarına göstəriş verir ki, işdə fəallıq göstərən qızların adlarını yazıb rəhbərliyə bildirsinlər. Ertəsi gün həmin qadınlarla söhbətlər aparılanda məlum olur ki, onların çoxu bu bayramla bağlı məlumatsızdır.
8 Mart bayramının keçirilməsini təmin etmək üçün təşkilat komitəsi yaradılır. Onu da qeyd edək ki, komitənin üzvləri əsasən rus və digər millətlərin nümayəndələri idi. Onların içində bircə nəfər azarbaycanlı Gülbahar Vəliyeva vardı. Elə 8 Mart bayramının Sumqayıtda keçirilən ilk tədbirində ilk fəxri fərman da Gülbahara verildi. Digər mükafatlananlar rus, latış, erməni, ukraynalı, alman, gürcü, eston, belarus, macar millətindən olanlar idi. Həmin gün onlara, eləcə də şəhərin idarə və müəssisələrində çalışan bütün qadınlara bir aylıq əməkhaqqı həcmində mükafat da verildi.
Ümumiyyətlə, martın 8-də şəhərin hər yerində bayram əhvali-ruhiyyəsi vardı. Tikilməkdə olan zavodlarda, yeni salınan qəsəbələrdə xüsusi səhnələr quraşdırılmışdı. Musiqi sədaları bütün şəhəri bürümüşdü.
Artıq o ilk bayramdan yalnız şirin xatirələr qalıb. İndi Sumqayıt daha möhtəşəm, sumqayıtlılar daha vətənpərvərdirlər. Sumqayıtlı xanımlar isə bu möhtəşəmliyi yaradan vətənpərvər insanların fövqündədirlər.
Akif ƏLİYEV,
“Azərbaycan”