19 Fevral 2013 12:02
545
Elm və texnika
A- A+

Su faunası təbiətin ayrılmaz hissəsidir

 

İlk vaxtlar təbiətin hazır nemətlərini öz tələbatını ödəmək məqsədi ilə mənimsəməyə başlayan bəşər övladı, indi onu dəyişmək, hətta ayrı-ayrı canlı fərdləri, növləri yer üzündən silməyə qadirdir. Bir yandan təbii fəlakətlər, digər tərəfdən antropogen müdaxilə nəticəsində suda yaşayan canlılar aləmi də təhlükə qarşısındadır, bəzi su heyvanlarının nəsli kəsilməkdədir. Belə bir vəziyyət dünya təşkilatlarını hərəkətə gətirib onları qorumaq, mühafizə etmək zərurətini yaradıb. Artıq 30 ilə yaxındır ki, 19 fevral Ümumdünya su məməlilərinin mühafizəsi günü kimi qeyd olunur.

Sənayenin sürətlə inkişaf etməsi dünya okeanına, ayrı-ayrı su hövzələrinə də təsirdən yan keçmədi. Atmosfer təbəqəsi ilə yanaşı, hidrosfer də zəhərli tullantılarla çirklənməyə başladı. Çirkab sularının okeanlara, dənizlərə axıdılması suda turşuluq dərəcəsini artırmaqla canlıların yüksək sürətlə azalmasına yol açdı. Digər tərəfdən su heyvanlarının kütləvi ovlanması ekoloji tarazlığı pozmaqla yanaşı, su faunasında olan dəyişikliklərdə də özünü göstərdi.

Artıq balinaların, delfinlərin, suitilərin nəslinin kəsilmək təhlükəsi  yaranıb. 1979-cu ilə qədər balina ovlanmasına heç bir qadağa yox idi. Lakin sonralar balinaların ovlanmasına qoyulan məhdudiyyət onların nəslinin kəsilməsinin qarşısını aldı. İndi iri balinaların ovlanması və balina ətinin ticarəti qanunla qadağandır.

Birbaşa dünya okeanına çıxışı olmasa da, fauna və florasının zənginliyinə görə Xəzər dənizinin canlı aləmi özünəməxsus unikallığı ilə fərqlənir. Ümumilikdə yüzlərlə növ və yarımnövün yaşadığı Xəzərin faunasında Xəzər suitisi yeganə məməli heyvandır ki, dünya suitilərinin ən kiçik növü hesab olunur. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi ötən əsrin 90-ci illərində bu heyvanı "Qırmızı kitab"a da daxil ediblər. Xəzər suitisi yalnız Xəzərdə olan endem növdür. Qeyd edək ki, "Qırmızı kitab"a düşən su heyvanlarından Kələmə, İlanbalığı, Qızılxallı, Poru kimi balıq növlərinin də vətəni Xəzərdir. Xəzərdə dünyadakı nərə balıqlarının 85-90 faizi yaşayır. Bütün bunlar deməyə əsas verir ki, Xəzər endemik növlərlə zəngin olan su hövzəsidir.

Xəzərin ekologiyasının, canlı aləminin qorunması sahilyanı dövlətlərin birgə fəaliyyətindən birbaşa asılıdır. Bu baxımdan 2008-ci ildə Xəzəryanı ölkələrin - Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın da iştirak etdiyi Aşqabad şəhərində keçirilən Xəzər dənizinin su bioresursları komissiyasının 28-ci toplantısında gündəliyə salınmış əsas məsələlərdən biri  Xəzərətrafı dövlətlərin balıq ovu kvotasının mənimsənilməsi, su bioresurslarının artırılması və mühafizəsi haqqında hesabat olmuşdu. Toplantıdan sonra  Azərbaycan dövləti Xəzərin flora və faunasının, ekoloji tarazlığının qorunması istiqamətində dəfələrlə xüsusi tədbirlər görmüş, bu sahəyə xeyli vəsait ayırmışdır. Azərbaycan Prezidenti təkcə 2010-cu ildə Xəzərin çirklənməsinin qarşısını almaq məqsədilə iki sərəncam imzalayıb. Həmçinin Xəzərin qorunması ilə bağlı beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. BMT-nin Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Vəhşi Təbiət Fondu kimi böyük təşkilatlarla əlaqələr davam etdirilir. Bu gün dünyanın su hövzələrində mövqeyi olan əksər ölkələr onun flora və faunasının qorunmasında maraqlıdır. Bu təbii müxtəlifliyin, ekoloji vəziyyətin qorunması ilə bərabər, həm iqtisadi potensialın genişlənməsi kimi vacib məsələlərdən biridir. 

Ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin qorunub saxlanması və ətraf mühitin komponentinin pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması qlobal vəzifə kimi həmişə vacibdir. Suda, quruda yaşamasından asılı olmayaraq, bütün canlılar təbiətin ayrılmaz hissələridir. Təbii komponent kimi bütün canlıların bir-birindən asılılığını, təbii sferanın sərhəd tanımadan bütün ölkələrin, xalqların sərvəti olduğunu nəzərə alaraq, onların mühafizəsi birgə olmalıdır. 1986-cı ildən qeyd olunan su canlılarının mühafizəsi günündən sonra bu sahəyə diqqət artırılıb və təbiəti mühafizə qrupları, təşkilatları onları qorumaq  məqsədilə hər il aksiyalar keçirirlər.

 

Elnur HADIYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video