15 Sentyabr 2011 01:09
470
SİYASƏT
A- A+

Strasburqda Avronest PA-nın ilk iclası keçirilir

 

Sentyabrın 14-də Strasburqda Avronest Parlament Assambleyasının ilk sessiyası öz işinə başlamışdır.

Sessiyada Milli Məclisin Assambleyadakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Məlahət İbrahimqızı, Rasim Musabəyov, Fərəc Quliyev, Sevinc Hüseynova, Rövşən Rzayev, Azər Kərimli, Fuad Muradov və Asim Mollazadə iştirak edirlər.

Əvvəlcə qurumun komitə və büro iclasları keçirilmiş, insan haqları, demokratiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, sosial məsələlər və digər mövzularda fikir mübadiləsi aparılmışdır. 

Sentyabrın 15-də isə Avronest Parlament Assambleyasının ilk ümumi iclası keçiriləcəkdir.

Avropa Parlamentinin sədri Yeji Buzekin çıxışı ilə başlayacaq iclasda sentyabrın 29-30-da tərəfdaş dövlətlərin Varşavada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə hazırlığı nəzərdə tutan tövsiyə xarakterli qətnamənin və assambleyanın 2011-2012-ci illər üçün iş planının qəbulu gözlənilir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video