21 Oktyabr 2011 06:10
420
İQTİSADİYYAT
A- A+

Statistik məlumatların istifadəçiləri üçün treninq keçirildi

 

Dövlət Statistika Komitəsi məlumatlarının istifadəçiləri ilə əlaqələri möhkəmləndirmək üçün vaxtaşırı müxtəlif mövzularda treninqlər keçirir. Bu günlərdə komitədə keçirilən treninq demoqrafiya mövzusunda idi: "2009-cu il əhalinin siyahıyaalınmasının nəticələri əsasında siyahıyaalmalararası dövrdə (2000-2008-ci illərdə) əhalinin sayı və tərkibi haqqında məlumatların yenidən hesablanması metodu".

Demoqrafiya və sosial statistika şöbəsi müdirinin müavini Rza Allahverdiyev bildirdi ki, ölkədə əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir. Bunun üçün ölkə Prezidenti fərman imzalayır. Lakin siyahıyaalmalararası müddətdə də əhalinin sayı və tərkibi haqqında məlumatlar hazırlanır və istifadəçilərə çatdırılır. Demoqrafiya  statistikası sahəsində mövcud olan sistemlərdən danışarkən natiq qeyd etdi ki, əhalinin təbii və miqrasiya hərəkəti barədə məlumatları Statkomun Baş Hesablama Mərkəzi şəhər və rayon statistika idarələrindən alır. Əhalinin miqrasiya hərəkəti barədə sözügedən idarələrə Daxili İşlər Nazirliyinin şəhər və rayon pasport xidmətləri məlumat verir. Təbii hərəkət - doğum və ölüm, nikahlar və boşanmalar haqqında məlumat isə Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarından daxil olur. Üstəlik, doğum və ölüm haqqında məlumatlar Səhiyyə Nazirliyinin məlumatları əsasında dəqiqləşdirilir.

Treninqdə Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin direktoru Saleh Mövlamov əhalinin təbii hərəkəti üzrə qlobal məlumat şəbəkələrindən geniş söhbət açdı. Deyilənlər Azərbaycanın  66 rayonundan birinə - Masallıya aid rəqəmlər əsasında slaydda əyani göstərildi. Statistik məlumatların tədbirdə iştirak edən istifadəçilərinin sualları da ətraflı cavablandırıldı.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video