07:31 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Söz və fikir azadlığı cəmiyyətimizin demokratik inkişafına xidmət edir

ANA SƏHİFƏ / SİYASƏT
01:08 06.08.2021

 

KİV üzərində senzuranın aradan qaldırılmasından 23 il ötür

 

Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə bütün maneələrin aradan qaldırılması ilə təşəbbüslər demokratikləşmə istiqamətində ilk addımların atıldığı illərə təsadüf edir.

Bəli, yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istək və tələbi ilə hakimiyyətə qayıdışından sonra söz və fikir azadlığı üçün münbit zəmin formalaşmağa başladı, kütləvi informasiya vasitələri buxovlardan xilas oldular.

Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyinə nail olaraq demokratik inkişaf yolunu seçdi.

Lakin o dövrdə hakimiyyətdə olan iqtidarlar tərəfindən demokratik dəyərlərin bərqərar edilməsi, o cümlədən kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı demokratik prinsiplərə uyğun heç bir addım atılmadı. Əksinə, 1992-ci il aprelin 12-də prezident səlahiyyətlərini icra edən Y.Məmmədovun fərmanı ilə hərbi senzura tətbiq etmək adı altında mətbuat üzərində nəzarət daha da gücləndirildi. 15 aprel 1993-cü il tarixində isə ölkəyə rəhbərlik edən Ə.Elçibəyin sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyəti tam məhdudlaşdırıldı.

Mətbuata təzyiqlər yalnız senzura ilə bitmirdi. O dövrdə hakimiyyət orqanlarının ünvanına səslənən kiçicik tənqidi fikir belə, jurnalistin fiziki zorakılığa məruz qalması ilə nəticələnirdi.

Bu sahədə vəziyyət Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra müsbətə doğru dəyişdi. Ulu Öndərin başlatdığı demokratik islahatlar mətbuatdan da yan ötmədi. Hüquqi, dünyəvi və  demokratik dövlət quruculuğuna başlayan Heydər Əliyevin tarixi xidmətləri nəticəsində ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətində inkişafa doğru əsaslı dönüş yarandı, mətbuat və söz azadlığının, fikir plüralizminin əsası qoyuldu. Siyasi həmlələrdən əziyyət çəkən KİV təzyiqlərdən azad oldu. Azad sözün inkişafı məqsədilə KİV-in sərbəst istehsalı və  yayımı təmin edildi. Demokratik cəmiyyətin əsas meyarlarından hesab olunan azad sözün və fikir azadlığının təmin edilməsini 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi baxımdan təsdiqlədi.

Cəmiyyətin inkişafında azad sözün rolunu həmişə yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 1998-ci il avqustun 6-da “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Söz, fikir və məlumat azadlığının qorunması və inkişaf etdirilməsi, jurnalist kadrların peşə hazırlığının və təhsilinin səviyyəsinin yüksəldilməsi və digər məsələlərin yer aldığı fərmana əsasən Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Həmçinin Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli 685 saylı fərmanı və bütün  informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli 372 saylı sərəncamı qüvvədən düşmüş hesab edildi. Beləliklə, bu fərmanla Azərbaycanda mətbuat üzərindən senzura birdəfəlik götürüldü.

Bu 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi idi. Fərmanda yer alan məsələlərin icra olunması ölkədə kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı,  söz azadlığı kimi demokratik dəyərin bərqərar edilməsində  mühüm addım oldu.

Fərmanda mətbuatın və jurnalistlərin qarşısında dayanan vəzifələrə də diqqət yetirildi: “ Mətbuat və televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı və geniş ictimaiyyət arasında yayılmasının qayğısına  qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq,  mətbuatın imkanlarından bacarıq və məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri çox işlər  görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin və digər əməkdaşların vətənpərvərliyi, yüksək vətəndaşlıq  məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan  qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi və etik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə  olmalıdır”.

Sonrakı dövrdə qəbul edilən qanunlar ölkədə demokratiyanın möhkəmlənməsinə xidmət etməklə yanaşı, söz və mətbuat azadlığının hüquqi bazasını daha da möhkəmləndirdi. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı.  Ulu Öndər Heydər Əliyevin KİV-in inkişafı sahəsində atdığı addımların nəticəsi kimi mətbuatın maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün mühüm qərarlar qəbul edildi, güzəştlər tətbiq olundu. Ayrı- ayrı qəzetlərin dövlət orqanlarına olan borcları donduruldu.

Mətbuatın demokratik dəyərlər əsasında inkişafı bu gün ölkədə həyata keçirilən uğurlu siyasətin göstəricilərindən biridir. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir.

Bütün bunların nəticəsidir ki, Azərbaycanda istənilən təşkilat, partiya və ayrı-ayrı şəxslər maneəsiz qəzet təsis edə və istədiyi mövzuya toxuna bilər. Hər bir media qurumu KİV haqqında qanunvericiliyə uyğun olaraq sərbəst fəaliyyət həyata keçirir. Dünyanın heç də hər yerində bu cür demokrtik qaydalara rast gəlmək mümkün deyil. Bütün bunlar təsdiq edir ki, Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM