27 Oktyabr 2021 16:17
576
Səhiyyə
A- A+

Soyuq aylarda ürək-damar xəstəliklərinin kəskinləşməsi və ürək tutmaları iki dəfə artır

 

Soyuq və şaxtalı havalar ürək-damar xəstəlikləri olan pasiyentlər üçün əlverişsiz və təhlükəli sayılır. Ürək çatışmazlığı, xroniki koronar sindromu, anadangəlmə və ya qazanılma ürək qüsurları olanlar, ağır ürək əməliyyatı və ya AKŞ (aorta koronar şuntlama) keçirənlər, yaxın zamanda miokard infarktı keçirənlər, müxtəlif ritm pozuntusu və ya paroksizmal aritmiya tutmalarından əziyyət çəkənlər risk qrupuna daxildirlər. Soyuq aylarda həmin xəstələrin xəstəliklərinin kəskinləşməsi halı və ürək tutmaları iki dəfə artır.

AZƏRTAC xəbər verir ki, bu sözləri invaziv kardioloq Samir Mustafayev soyuq havalarda ürək-damar xəstəliklərinin kəskinləşməsi barədə danışarkən deyib.

Həkim-mütəxəssis qeyd edib ki, soyuq hava siqaret istifadəçilərinin də ürək-damar xəstəlikləri riskini artırır: “Ümumiyyətlə bu zərərli vərdişi tərgitmək və ya sayını önəmli dərəcədə azaltmaq tövsiyə edilir. Həmçinin xroniki ürək xəstəliyi olanlar soyuq havalarda, açıq məkanlarda idman və ya hər hansı bir fiziki aktivlikdən çəkinməli, çölə çıxdıqda isti geyinməli, sinə və başı isti saxlamalı, kütləvi toplaşma olan yerlərdə tibbi maskadan istifadə etməlidirlər. Onu da qeyd edim ki, bir invaziv kardioloq kimi pasiyentlər mənə daha çox ürəyin işemik xəstəlikləri, ürək çatışmazlığı, aritmiya və arterial təzyiqin yüksəlməsi kimi şikayətlərlə müraciət edirlər”.

S.Mustafayev, həmçinin ürək-damar xəstəliklərinin müalicəsində düzgün qidalanmanın və idmanın əhəmiyyətindən də danışıb. Qeyd edib ki, sağlam qidalanma ürək funksiyalarının düzgün işləməsində çox vacib rol oynayır: “Ürək üçün faydalı olan dərmanlarla yanaşı, məşq və pəhriz də sağlamlıq üçün vacib hesab edilir. Həftə ərzində minimum 150 dəqiqə sürətli tempdə gəzmək ürək üçün olduqca faydalıdır. Ümumiyyətlə idmanla məşğul olmaq və bunu həyat tərzinə çevirmək lazımdır. Ürək-damar xəstələri əsasən tərəvəz və meyvələrə üstünlük verməli, qırmızı ət istehlakını mümkün qədər azaltmalıdırlar. Həmçinin duzun təzyiqi qaldırdığını nəzərə alaraq, qidalanmada duzun miqdarını azaltmaq lazımdır. Çox duz istifadəsi ürək çatışmazlığı, infarkt, insult və qəfil ölümə səbəb ola bilər. Duzdan nə qədər az istifadə etsəniz, ürəyiniz bir o qədər sağlam işləyəcək. Digər vacib məqam yağsız yeməklərdir. Risk qrupuna daxil olanlar əsasən qızartma yeməklərdən uzaq durmağa çalışmalıdırlar, çünki yağlı yeməklər damar divarlarında yağ lövhələrinin meydana gəlməsinə səbəb olur ki, bu da gələcəkdə infarkt və insultun yaranma riskini artırır. Qırmızı ət və ya digər qidalardan istifadə zamanı, onları qızartmaq əvəzinə qaynadaraq və ya sobada bişirərək yemək daha faydalıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video