30 Sentyabr 2021 16:06
642
CƏMİYYƏT
A- A+

Sosial Xidmətlər Agentliyi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında razılaşma sənədi imzalanıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) arasında “Əsas yardım/qeyri-qida vasitələrinin ianə edilməsi haqqında” razılaşma sənədi imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi agentliyin sədri Vüqar Behbudov və BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso imzalayıb.

V.Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ötən il Vətən müharibəsində tarixi Zəfər əldə etdi, torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına cəmi 44 gün ərzində son qoydu. Qüdrətli Ordumuzla döyüş meydanında bacarmayan Ermənistan silahlı qüvvələri cəbhədən xeyli uzaqda yerləşən şəhər və rayonlarımızı müxtəlif növ silahlarla, o cümlədən raketlərlə atəşə tutdu, mülki şəxsləri qətlə yetirdi, infrastruktur obyektlərinə, mülki əhaliyə külli miqdarda ziyan vurdu.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin təcavüzündən zərər çəkmiş ailələrə BMT QAK tərəfindən müvafiq ləvazimatlar formasında humanitar yardım göstərilməsi nəzərdə tutulub.

Bu məqsədlə oktyabr ayında Gəncə şəhərində, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy rayonlarında yaşayan və erməni təcavüzündən zərər çəkmiş ailələrə BMT QAK-ın yardımı olaraq qeyri-ərzaq dəstləri paylanılacaq. Humanitar yardımların ailələrə çatdırılması, bu sahədə nəzarət-monitorinqin həyata keçirilməsi işləri Sosial Xidmətlər Agentliyi tərəfindən yerinə yetiriləcək.

Q.Ambroso budəfəki yardımların digər humanitar yardımlardan həcminə görə ciddi fərqləndiyini qeyd edib. Ümumi dəyəri 738 min ABŞ dolları olan qeyri-qida vasitələrinin ianə edilməsində ciddi nəzarət-monitorinq sisteminin olacağı, prosesə həmin regionlarda humanitar yardımlarla bağlı ixtisaslaşmış əməkdaşların cəlb ediləcəyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video