Sosial sahədə çevik və şəffaf xidmətləri təmin edən innovativ yeniliklərin tətbiq dairəsi genişlənir
Əlilliyin qiymətləndirilməsi üzrə elektron infrastruktur artıq hərbi səbəblərlə əlaqədar tibbi şəhadətləndirmə sistemini də əhatə edir. Son aylarda tətbiq olunan “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi həmin şəhadətnamələrin təqdim edilməsi prosesinin elektronlaşmasına, nəticədə bu istiqamətdə fəaliyyətin xeyli çevikləşməsinə və tam şəffaflaşmasına imkan verib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin növbəti kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sosial sahədə əhaliyə xidmətlərin müasir texnologiyalar üzərində, şəffaf və operativ şəkildə qurulması üçün son illərdə geniş islahatların aparıldığını vurğulayıb. Bu gün artıq nazirliyin 170 xidmətindən 105-nin elektron şəkildə, o cümlədən 44-nün proaktiv formada göstərildiyini bildirib. Daha 56 xidmətin elektronlaşdırılması, onlardan 20-dək xidmətin proaktiv formada qurulması işlərinin aparıldığını deyib.
“Elektron hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xidmətlərə təkcə bu ilin 8 ayında 10,3 milyon, e-sosial.az portalına 6 milyon 850 minə yaxın müraciət edildiyi, 130 minədək pensiya, müavinət, təqaüd təyinatının, 93 min sosial sığorta nömrəsinin açılmasının, 430 minə yaxın arayışın verilməsinin e-qaydada, proaktiv formada icra olunduğu bildirilib. İnformasiya bazalarının inteqrasiyası təmin olunan 31 qurumdan bu ilin 8 ayında nazirliyin informasiya bazalarına edilmiş sorğuların 86 milyondan çox olduğu qeyd edilib.
S.Babayev reabilitasiya xidmətlərinin keyfiyyətinin artırılması ilə bərabər, bu xidmətlərin şəbəkəsinin genişləndirilməsi işlərinin də davam etdirildiyini, bu il Qəbələ və Şəmkirdə uşaqlar üçün reabilitasiya mərkəzlərinin açılacağını diqqətə çatdırıb. Həmin müəssisələrin nizamnamələrinin, habelə əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri əhatə edən Fərdi reabilitasiya proqramının və reabilitasiya tədbirlərinə dair qaydaların hazırlandığını bildirib.
Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirləri qeyd edən nazir 2018-ci ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 30 faizə yaxın artım olduğunu, son 3 ildə əmək haqqı fondunun 82% artdığını deyib. O, ölkəmizdə himayədar ailə institutunun formalaşdırılması işlərinin davam etdirildiyini bildirib.
Nazirlik tərəfindən müvafiq fəaliyyət sahələri üzrə normativ hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi sahəsində fəaliyyətdən də bəhs olunub. Cari ilin ötən dövründə qurum tərəfindən aidiyyəti sahələrə dair 556-dək normativ hüquqi aktın layihəsinin hazırlandığı (3 il əvvəlki müvafiq illik göstəricidən (184 akt) 3 dəfə çox), onlardan artıq 243-nün təsdiq edildiyi bildirilib.
İclasda “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminin tətbiqi, qeyri-formal məşğulluğun qarşısının alınması, yeni e-xidmət və e-təyinat sistemlərinin, altsistem və reyestrlərin hazırlanması sahələrində aparılan işlər, BMT-nin Əhali Fondu və Çexiyanın Karlov Universiteti ilə birgə icra edilən əhali proqnozlarının hazırlanması üzrə layihənin icrası, beynəlxalq əməkdaşlıq sahələrində aparılan işlər müzakirə edilib. Həmçinin Dövlət qulluğu və kadr məsələləri, Hüquq şöbələri tərəfindən cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!