19:34 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sosial ədalət, inam və xalqa sədaqət...

ANA SƏHİFƏ / SİYASƏT
00:16 11.04.2021

 

Azərbaycan Prezidenti İlham Əliyevin son üçillik fəaliyyəti bir daha bunları sübut edir

 

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan bütün sahələrdə  uğurla inkişaf edir. Bu inkişafın təməlində isə əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının son 17 il ərzində bütün istiqamətlərdə davam etdirilməsi dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, həm də ölkəmizin qarşısında yeni perspektivlər açıb.

 Bəli, ölkəmizdə bu gün elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Sabitlikdən başlayaraq respublikanın bütün regionlarını əhatə edən sosial-iqtisadi, eləcə də mədəni inkişaf nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub. Bütün bunların əsasında  isə təbii ki, uğurlu iqtisadi siyasət dayanır. Regionların davamlı inkişafı ilə yanaşı, dövlətimizin beynəlxalq  əlaqələri, hərbi, siyasi, iqtisadi, sosial sahələrdə əməkdaşlıq coğrafiyası da genişlənib.

Qazanılmış bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin düşünülmüş, praqmatik daxili və xarici siyasəti dayanıb. Bu, dünyanın aparıcı dövlət və siyasi xadimləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən də dəfələrlə qeyd edilib. Azərbaycanı ilk növbədə sabitlik adası kimi tanıyan dövlət başçıları ölkəmizlə hərtərəfli əməkdaşlığa üstünlük veriblər.

2003-cü ildə ölkədə keçirilən prezident seçkilərində xalqın dəstəyini yüksək səviyyədə qazanan cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən müddət ərzində Azərbaycanın inkişaf dinamikasına nəzər saldıqda qürur duyursan ki, Ulu Öndər Heydər Əliyev heç də əbəs yerə deməmişdir: “Mən Ona özüm qədər inanıram”.

Bu inam Azərbaycan Prezidenti İlham Əliyevin ötən 17 illik fəaliyyəti dövründə özünün təsdiqini əsaslı şəkildə tapdı.

2020-ci ilin 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbə isə Azərbaycan Prezidentinin fəaliyyətinin yalnız bir hissəsi deyil, əslində dövlətimizin beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına hesablanmış strategiya, həmçinin xalqımızın arzusunun gerçəkləşdirilməsi üçün hərbi-siyasi taktika idi. Düşmən tərəfinin, eləcə də onun arxasında dayanan beynəlxalq gücün Azərbaycanın qarşısında diz çökdürülməsi möhtəşəm zəfər kimi tarixə yazıldı.

Azərbaycan Prezidenti İlham Əliyev hələ 2003-cü ildə xalqa verdiyi vədləri vaxtında və layiqincə yerinə yetirib. Azərbaycan istər sabitlik, istərsə də təhlükəsizlik baxımından da bir çox ölkə üçün örnəkdir. Respublikamız tolerantlıq nümunəsi göstərir. Burada müxtəlif xalqlara və mədəniyyətlərə məxsus insanlar sülh, əmin-amanlıq şəraitində yaşayır və bundan qürur duyduqlarını gizlətmirlər. Multikulturalizm bizim cəmiyyətin həyat tərzinə çevrilib. Azərbaycan həm də beynəlxalq miqyasda demokratik ölkə imicini qazanmış məkandır.

Son üç il ərzində ölkəmizdə baş verən hadisələr isə normal inkişafı əks etdirməsi ilə yanaşı, həm də xalqımızın istək və arzularını gerçəkləşdirmiş oldu. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlara münasibətdə də cəmiyyətin ən müxtəlif təbəqələrinin razılığını, sonsuz rəğbətini müşahidə etdikcə sevinməyə bilmirsən.

Müxtəlif sosioloji tədqiqat mərkəzləri əhali arasında müntəzəm şəkildə sorğular aparır. Yüksək demokratikliyi ilə seçilən, xalqımızın mütləq əksəriyyətinin iradəsini əks etdirən seçkilərin nəticələri dövlət başçısına böyük etimadı göstərir. Ölkəmizdə vətəndaşların Prezident

İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə inam və etimad bəslədikləri, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyi həmin sorğularda öz təsdiqini tapır.

Prezident İlham Əliyev qarşıya qoyduğu, bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi. Bunun da nəticəsidir ki, güclü dövlət konsepsiyası reallaşdırıldı. Qurucu, birləşdirici kimi tanınan dövlət başçısı Azərbaycan xalqının bütün istək və arzularını reallaşdırmaq üçün var qüvvəsini  əsirgəmir. Siyasətində dövləti maraqları ən ali məqsəd kimi görən, bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Lider  məhz belə olmalı idi!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 11-də xalqın etimadını yenidən qazanaraq dövlət başçısı seçilməsindən 3 il vaxt ötür. Bu son üç ildə Prezidentin fəaliyyətinin bütün istiqamətlərində əldə edilən uğurları sadalamaqla bitməz. Xüsusən dövlət başçısının sosial təminat baxımından ölkə əhalisinin daim yanında olması, problemlərinin həllində həyata keçirilən layihələr bir daha təsdiqləyir ki, cənab İlham Əliyev hələ 17 il əvvəl verdiyi vədi heç vaxt unutmayıb. O, hər bir azərbaycanlının prezidenti olması ilə xalqın sevgisini qazanmaqda, qorumaqdadır. Sosial sahədə daha həssas təbəqə olan aztəminatlı, şəhid ailələrinin, qazilərin, bir sözlə, həssas təbəqənin daim diqqət mərkəzində saxlanması bu baxımdan xüsusi önəm daşıyır. Yeni Prezidentlik dövrünə şəhid ailələrinə kompensasiya verilməsi barədə fərmanın imzalaması ilə başlayan İlham Əliyev bu müddət ərzində Azərbaycan vətəndaşının rifahının yüksəldilməsini daim prioritetdə saxlayıb. Şəhid ailələrinə birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib ki, bu da 12268 şəhidin vərəsələrini əhatə edib.

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillərin alınması üçün isə 35 milyon manat ayrılıb.

30 yanvar 2019-cu il tarixli  “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq, 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Dövlət başçısının tapşırığı ilə ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan  islahatlar sosial təminat növləri üzrə ödənişlərin hər biri üzrə ciddi artım dinamikası ilə  müşahidə edilməkdədir.  Bu tendensiyanı 2018-2020-ci illərin sosial mənzərəsinə nəzər saldıqda müsbət, aydın şəkildə görmək olar. Xüsusilə 2019-cu ildə reallaşan islahatlar nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq, 130 manatdan 250 manata çatdırılıb.

Aparılan islahatlar nəticəsində son 3 ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb. Bu ilin əvvəlinə nisbətən isə həmin artım 10 faiz təşkil edib. Pensiyaların orta aylıq məbləği 330, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 361, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manatadək artırılıb.

Onu da qeyd edək ki, bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması üçün illik əlavə 444 milyon manat ayrılıb. Həmçinin bu ilin əvvəlindən təqaüdlərin artımı və yenilərinin təsis edilməsi üçün isə əlavə 40 milyon manat sərf olunacağı nəzərdə tutulub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezident təqaüdü ilə təmin olunanların sayı son iki ildə 5 dəfə artaraq, 60 mindən 300 minə, il ərzində aylıq sosial müavinət alanların sayı isə 2017-ci ildəki 368,7 mindən 2020-ci ilin sonunadək 401,3 min nəfərə çatıb.

Ümumilikdə, bu gün 2,4 milyonadək insan sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST konsepsiyası dövlət sosial xidmətlərinin müxtəlif sahələri üzrə 132 növdə xidmətin “bir pəncərə”dən, modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Ümumilikdə, DOST xidmətləri ilə əhatə olunanların sayı bu ilin 1 mart tarixədək 303 mini ötüb.

2019-2025-ci illər üzrə Regional DOST proqramı çərçivəsində 17 DOST mərkəzinin və 44 DOST məntəqəsinin açılması nəzərdə tutulur.

Azərbaycan xalqı qəti şəkildə əmindir: həyata keçirilən sosial-iqtisadi, eləcə də mədəni, həmçinin struktur islahatları, gənclərə göstərilən hərtərəfli dəstəklə etimad bundan sonra da daha böyük nailiyyətlər əldə olunmasına təkan verəcək.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM