26 Iyul 2021 18:35
919
DÜNYA
A- A+

Son ilyarımda 8 dövlət və hökumət başçısı ölüb

 

2020-ci ilin əvvəlindən cari il iyulun ortalarınadək dünyada hakimiyyətdə olmuş 8 milli lider dünyasını dəyişmişdir. Bu barədə RBK telekanalı xəbər verir. Bildirilir ki, bu rəqəm son 20 ildə rekord təşkil edir.

Məsələn, iyulun əvvəlində Haiti prezidenti Jovenel Moiz öz iqamətgahında qətlə yetirilmişdir. Aprel ayında qiyamçılarla döyüşdə aldığı yaralardan isə Çad Prezidenti İdris Debi həlak olmuşdur.

Afrika ölkələrinin daha iki lideri – Tanzaniya prezidenti Con Pombe Cozef Maqufuli və Burundi prezidenti Pyer Nkurunziza koronavirusdan dünyasını dəyişmişlər.

Xəstəliklərdən həmçinin Bəhreynin baş naziri Xəlifə bin Salman Al Xəlifə (2020-ci ilin noyabrında) və Esvatini Krallığının baş naziri Mandvulo Ambroze Dlamini (2020-ci ilin dekabrında) vəfat etmişlər. Son iki il ərzində həmçinin Kot Divuarın iki baş naziri ölmüşdür: Amadu Qon Kulibali hökumət iclasından sonra dünyasını dəyişmiş, Əhməd Bakayoko isə xərçəngdən vəfat etmişdir.

Xatırladaq ki, 2018-2019-cu illərdə 5, 2016-2017-ci illərdə isə 4 dövlət lideri vəfat etmiş, yaxud qətlə yetirilmişdir. 2003-2004-cü illərdə isə müxtəlif səbəblərdən 7 dövlət, yaxud hökumət başçısı dünyasını dəyişmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video