20 Avqust 2021 17:10
684
DÜNYA
A- A+

Son 24 saatda İranda koronavirusdan 555 nəfər ölüb

 

İranda koronavirusun 5-ci dalğası daha kəskin şəkildə davam edir.

AZƏRTAC İranın Səhiyyə Nazirliyinin verdiyi məlumata istinadən xəbər verir ki, son sutka ərzində ölkədə 28 min 833 nəfər virusa yoluxub, 555 xəstə isə pandemiyanın qurbanı olub.

Bununla da İranda yoluxanların ümumi sayı 4 milyon 616 min 516 nəfərə, yoluxaraq ölənlərin sayı isə 100 min 810-a çatıb. Xəstəxanalarda müalicə alan 7587 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 3 milyon 868 min 196 nəfər müalicə alaraq sağalıb və evə buraxılıb.

Koronavirusa qarşı mübarizə qərargahının qərarına əsasən İranda bir həftəlik karantin rejimi davam edir. Karantin rejimi avqustun 22–də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video