15:20 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Soluna Samay: Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsi mənim üçün unudulmaz təcrübə olacaqdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:02 21.02.2012

 

Danimarkanı "Eurovision-2012"  mahnı müsabiqəsində təmsil edəcək Soluna Samay Azərbaycan ilə bağlı fikirlərini bölüşmüşdür.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, Danimarka təmsilçisi Azərbaycanda vaxtını mənalı keçirəcəyini demişdir. Gənc xanım müğənni bildirmişdir ki, Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirak mənim üçün unudulmaz təcrübə olacaqdır. Ümid edirəm ki, digər ölkələrin təmsilçiləri ilə görüşmək və vaxtımı gözəl keçirmək imkanı qazanacağam. Azərbaycanda heç zaman olmamışam. Odur ki, həqiqətən də, yeni  mədəniyyətlə tanış olacağıma inanıram.

Səyahət etməyi sevən Soluna Samay Qvatemalada doğulmuşdur. On yaşından Danimarkada yaşayır. Mayın 22-də birinci yarımfinalda Bakı səhnəsinə çıxacaq Soluna Samay şouda "Should've Known Better" mahnısını ifa edəcəkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM