27 Sentyabr 2011 12:09
639
DÜNYA
A- A+

Solçular Fransa Senatında ilk dəfə çoxluq qazandılar

 

Fransada keçirilmiş seçkilərdə solçu partiyalar ilk dəfə Senatda çoxluq əldə etmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Seçkilərdə parlamentin yuxarı palatasındakı 348 yerdən 10-nun taleyi həll olunurdu. Sosialist partiyasının nümayəndəsi Jan-Pyer Belin dediyinə görə, nəticədə solçu koalisiya 26-24 əlavə mandat əldə etmişdir. Bu, əvvəllər qazanılmış mandatlarla birlikdə Senatda solçuların çoxluğunu təmin edəcək.

Qeyd edək ki, solçu partiyalar 1958-ci ildə Beşinci Respublika yaranandan bəri ilk dəfə Senatda çoxluğa nail olmuşdur. Müşahidəçilərin fikrincə, səsvermənin nəticələri gələn ilin mayında keçiriləcək prezident seçkiləri ərəfəsində sosialistlərin mövqelərini xeyli möhkəmlədəcək.

Fransa Senatına seçkilərdə adi seçicilər deyil, şəhərlərin merləri və yerli parlamentlərin deputatları iştirak edirlər. Rəsmi nəticələr yaxın günlərdə elan olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video