18:39 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“SOCAR Türkiyə” “Petkim” və “Star” NEZ-in loqolarını yeniləyir
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:05 09.10.2021

SOCAR-ın fasiləsiz və etibarlı enerji istehsalının rəmzi olan alov təsvirli emblemi “Petkim” və “Star” Neft Emalı Zavodunun loqolarında öz əksini tapıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “SOCAR Türkiyə” tərəfindən “Tək SOCAR, Tək Alov” yanaşması ilə müəssisələrin loqolarının yenidən nəzərdən keçirilməsində məqsəd korporativ inteqrasiyasını tamamlayan SOCAR-ın güclü sinerjisini bütün qrup şirkətlərinə ötürməkdir.

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə” əməliyyat və mədəni inteqrasiya prosesini tamamladıqdan sonra törəmə müəssisələrində loqoların yenidən nəzərdən keçirilməsini davam etdirir.

SOCAR-ın fasiləsiz və etibarlı enerji istehsalının rəmzi olan alov təsviri “SOCAR Türkiyə”nin aktivlərindən olan “Bursagaz” və “Kayserigaz”ın ardınca “Petkim” və “Star” NEZ-in loqolarında da öz əksini tapıb. “SOCAR Türkiyə” - “Tək SOCAR, Tək Alov” yanaşması ilə davam etdirdiyi bu prosesdə “Petkim” və “Star” NEZ-in loqolarında da artıq SOCAR-ın alov təsvirli loqosundan istifadə edəcək.

“SOCAR Türkiyə” Kommunikasiya və İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri Mikayıl Yusifov həyata keçirilən dəyişikliyi belə şərh edib: “SOCAR Türkiyə” olaraq emal, neft kimyası, təbii qaz, enerji təchizatı xidmətləri, logistika və telekommunikasiya sahələrində apardığımız investisiya prosesləri ilə hazırda Türkiyənin ən böyük sənaye holdinqiyik. Məhsuldar, davamlı və daha böyük rəqabət qabiliyyətinə malik bir istehsal üçün müxtəlif sahələrdə fəaliyyət göstərən qrupumuzun şirkətləri arasındakı inteqrasiyanı uğurla tamamladıq. “Tək SOCAR, Tək Alov” proyeksiyamız da yaratdığımız inteqrasiyalı strukturun korporativ əlaqələrdə ifadəsini müvəffəqiyyətlə əks etdirən bir yanaşma oldu. Marka yaradılması prosesində əsas yer tutan loqo dəyişiklikləri üzrə işlərimizin, bir şirkət olaraq malik olduğunuz güclü sinerjinin bütün törəmə müəssisələrimizdə vurğulanmasında SOCAR-ın fasiləsiz alov təsvirinə mühüm əhəmiyyət veririk. Bu güclü yenilənmə və birlik yeni loqoda da hiss edilməlidir. SOCAR-ın keyfiyyətli və innovativ xidmət anlayışını təmsil edən “SOCAR alovu” bundan sonra “Petkim” və “Star” NEZ-də də parlayaraq korporativ dəyərlərimizi daha güclü ifadə edəcək”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM