SOCAR “Technip Energies” ilə dəniz yataqlarında dayanıqlı enerjinin inkişafına dair saziş imzalayıb
İyulun 15-də “SOCAR Tower”də SOCAR və “Technip Energies” şirkətləri arasında “Upstream sektorunda davamlı istehsal üçün əməkdaşlıq sazişi” imzalanıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, saziş çərçivəsində dənizdə aparılan neft və qazçıxarma əməliyyatlarında enerji effektivliyinin artırılması, ümumi sahibkar xərclərinə qənaət, eləcə də karbon emissiyasının azaldılması istiqamətində dayanıqlı inkişaf imkanları araşdırılacaq. Sazişə əsasən, əlavə öhdəlik yaratmadan, dənizdə üzən külək elektrik stansiyasının tikilməsi və onun vasitəsi ilə neft və qazçıxarma əməliyyatlarının enerji ilə təchiz olunmasını nəzərdə tutan pilot layihənin ortaq şəkildə icrası imkanları da dəyərləndiriləcək.
Hazırda Xəzər dənizində həyata keçirilən neft və qazçıxarma əməliyyatlarında əsasən təbii qazdan istehsal olunan elektrik enerji istifadə olunur. Texniki-iqtisadi dəyərləndirmə və pilot layihənin əsas məqsədlərindən biri Azərbaycanın neft-qaz sənayesinin alternativ enerji ilə təminat perspektivlərini müəyyən etmək, təbii qaz sərfini azaltmaq və ixrac həcmlərini artırmaqdır.
Saziş SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Technip Italy S.p.A.” şirkəti İdarə Heyətinin sədri Marco Villa tərəfindən imzalanıb. İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti deyib: “Enerji effektivliyinin artırılması bir çox enerji şirkətlərinin diqqət mərkəzindədir və SOCAR-ın strateji planlarında mühüm yer tutur. Texnologiyaların inkişaf trendlərinə uyğun olaraq, biz də artıq bu sahəyə qədəm qoyuruq. Məqsədimiz xərclərini azaltmaqla enerji effektivliyini artırmaq, SOCAR-da əməliyyatların dayanıqlığını təmin etməkdir.
“Technip Energies” dayanıqlı enerji sahəsində dəyərli təcrübə qazanmış bir şirkətdir. Biz indiyə qədər digər sahələrdə səmərəli əməkdaşlıq etmişik. Bu cəhətdən “Technip” şirkətinin “Azərikimya” İstehsalat Birliyində neft-kimya kompleksinin modernizasiya layihəsində uğurlu fəaliyyətini xüsusi qeyd etmək olar. Ölkəmizdə yaşıl kimya, rəqəmsallaşma və dayanıqlı enerji inkişafı kimi nisbətən yeni sahələrə maraq göstərən tərəfdaş şirkət, əminəm ki, bu sahələrdə də müvəffəqiyyət qazana bilər”.
“Technip Energies” şirkətinin İdarə Heyətinin sədri Marco Villa bildirib: “Yeni enerji mənbələrini inkişaf etdirməklə özünün dayanıqlı inkişaf məqsədlərinə sadiq olan SOCAR uzunmüddətli tərəfdaşımızdır və biz bu əməkdaşlıq ilə fəxr edirik. Əminəm ki, yeni sahədə əməkdaşlığımız aşağı karbonlu cəmiyyət hədəfinə daha tez nail olmağımıza xidmət edəcək”.
Xatırladaq ki, “Technip” şirkəti 2016-cı ildə SOCAR-ın “Azərikimya” İB-nin modernizasiya layihəsi çərçivəsində başladığı fəaliyyətini bu il uğurla tamamlayıb. 60 ildən çox təcrübəsi olan “Technip Energies” şirkəti dünyanın 34 ölkəsində fəaliyyət göstərir. Şirkətin ümumilikdə 15 min əməkdaşı var. Şirkət LNG (mayeləşdirilmiş qaz), hidrogen istehsalı, dayanıqlı (yaşıl) kimya, bioyanacaq, dekarbonizasiya və digər sahələrdə mühəndislik və tikinti xidmətlərini həyata keçirir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir...
28 Mart
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
28 Mart
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib...
28 Mart
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mart
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
28 Mart
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mart
FTX terror aktının təşkilində şübhəli bilinən ukraynalını saxlayıb
28 Mart
BMT “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc edib
28 Mart
ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək
28 Mart
Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!