13 Aprel 2021 01:46
1473
İQTİSADİYYAT
A- A+

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Prezidentinin şirkətlə bağlı verdiyi tapşırıqların icra vəziyyəti müzakirə olunub.

Müşahidə Şurasının sədri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Müşahidə Şurası SOCAR-ın funksionallığını daha da artırmaq istiqamətində fəaliyyət göstərir. Şura qabaqcıl təcrübə və idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, idarə olunmasının müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün şirkətin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində müvafiq addımlar atır. Azərbaycan Prezidentinin fərmanına əsasən, Müşahidə Şurası şirkətin uzunmüddətli inkişaf strategiyasının müəyyən olunması istiqamətində işləri davam etdirir.

İclasda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və İdarə Heyətinin üzvləri şirkətin 2020-ci il üzrə audit olunmamış, konsolidə edilmiş maliyyə nəticələrini təqdim ediblər.

Sonra iclasda Dövlət Neft Şirkətinin maliyyə nəticələrinin daha da yaxşılaşdırılması, Azərbaycan Respublikası Prezidentinin fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək növbəti tədbirlər müzakirə edilib.

İclas iştirakçıları SOCAR-ın inzibati binasında təşkil edilmiş “Azərbaycan nefti” sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan neft tarixinin həlledici mərhələlərini, neft ənənələrini, Ümummilli Lider Heydər Əliyevin uğurlu neft strategiyası nəticəsində əldə olunmuş nailiyyətləri, neftçilərin fədakar əməyini əks etdirən şəkil və eksponantlar nümayiş olunur. İclas iştirakçıları, həmçinin Dövlət Neft Şirkətinin binasında yaradılmış böhran vəziyyətlərinin və fövqəladə halların idarə edilməsi otağının açılışında iştirak ediblər.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli fərmanına əsasən yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video