13 Noyabr 2011 12:11
394
İQTİSADİYYAT
A- A+

Sitrus bağlarında bol məhsul yetişdirilmişdir

 

Astara təkcə tərəvəzi, çayı ilə deyil, həm də sitrus meyvələri ilə tanınır. Rayonda hazırda 1900 hektar bar veren sitrus və subtropik bağları var. Həmin bağlardan hər il orta hesabla 25 min tondan çox məhsul yığılır.

Sitrus və subtropik meyvəçilik gəlirli sahələrdən biridir. Limon, narıngi, feyxoa, kivi və digər məhsullar alıcı sarıdan heç vaxt korluq çəkmir. Odur ki, istər fermer, istərsə də fərdi təsərrüfatlarda çalışanların sitrus meyvəçiliyinin inkişafına marağı çox olur. Rayonumuzun Kijəbə qəsəbəsinin, Şüvi, Siyaku, Maşxan, Təngərüd və digər kəndlərin ərazisində sitrus bağları salınıb. Həmin kəndlərdə yaşayanlar öz həyətyanı təsərrüfatlarında da sitrus ağacları əkmişlər.

Bu il yayın quraq keçməsinə baxmayaraq, sitrus bağlarının suvarılması, becərilməsi və ziyanverici xəstəliklərə qarşı mübarizə yaxşı təşkil edilmişdir. Çəkilən zəhmət isə öz bəhrəsini vermişdir. Əvvəlki illərdən fərqli olaraq  bağlarda daha bol məhsul yetişdirilmişdir. Yığım başlanandan bağlardan 10 min tondan çox məhsul yığılmışdır. Daha 10 min tondan da çox limon, feyxoa, narıngi, kivi və digər məhsulların yığımı gözlənilir. Yığılan məhsullar rayondakı bazarlarda, Bakıda keçirilən kənd təsərrüfatı məhsulları yarmarkalarında satılır. Paytaxt alıcıları Astarada yetişdirilən sitrus meyvələrinə daha çox maraq göstərir, keyfiyyətli, dadlı olduğuna görə razılıq edirlər. Bu da səbəbsiz deyil. Ekoloji cəhətdən təmiz sitrus həm də dadlıdır. Bir çox xəstəliklərin müalicəsində limonun, feyxoanın, kivinin rolu danılmazdır. Odur ki, regionların sosial-iqtisadi inkişafı 2-ci Dövlət Proqramına uyğun olaraq, rayonda yeni sitrus bağları salınır, həyətyanı təsərrüfatlarda təzə ağaclar əkilir.

 

Allahverən MAHMUDOV,

Astara RİH başçısının aqrar məsələlər üzrə müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video