05:59 29 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
01:04 29.07.2021

Möhtəşəm ittifaq


00:52 29.07.2021

“Adını mən verdim...”


00:49 29.07.2021

Fitnəkarlıq çox çəkməz


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sistemli islahatlar, möhtəşəm uğurlar və Qələbə dövrü

ANA SƏHİFƏ / SİYASƏT
00:57 18.04.2021

 

İlham Əliyevin növbəti müddətə prezidentlik fəaliyyətinə başlamasından 3 il ötür

 

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan özünün düzgün və müdrik seçimini edərək cənab İlham Əliyevə etimad göstərdi.  Bu gün isə İlham Əliyevin  vətənə, xalqa və dövlətə sədaqət andı içərək növbəti müddətə prezidentlik fəaliyyətinə başlamasının üçüncü ili tamam olur.

 

Azərbaycan öz hədəflərinə doğru sürətlə və inamla irəliləyir

 

Son prezident seçkilərində xalqımız İlham Əliyevin ətrafında səfərbər olmaqla Heydər Əliyev yolunun, Azərbaycanı yüksəldən inkişaf siyasətinin davam etdirilməsinə səs verdi. Bu qələbənin təməlində Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 2003-cü ildən ötən on beş il ərzində gördüyü işlər, Azərbaycanın iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə qazanılan əzəmətli uğurlar, Heydər Əliyev yoluna olan inam dayandı. Bütün bunları rəhbər tutan seçicilərin mütləq əksəriyyəti seçimini məhz ötən dövrün sosial-iqtisadi uğurlarına, nəticəsini göstərən səmərəli islahatların üzərində qurdu. Seçkilərin nəticəsi göstərdi ki, vətəndaşlar Prezident İlham Əliyevin sabitliyə, sülhün və firavanlığın möhkəmləndirilməsinə, dövlətçiliyimizin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına xidmət edən siyasətini dəstəkləyir və çox böyük etimad bəsləyir. Bu etimad həm də prespektiv nailiyyətlərə hesablanan siyasi kursun yenilməzliyinə və alternativinin olmadığına olan inamın təcəssümü idi.

Milli Məclisdə keçirilən andiçmə mərasimində İlham Əliyev inkişaf yoluna çıxardığı Azərbaycanın iftixar doğuran yüksəlişinin icmalını verdi və qarşıdakı 7 ildə respublikamızın  hədəflərini diqqətə çatdırdı, inkişafının  yeni prioritetlərini elan etdi. Proqram xarakterli həmin çıxışında İlham Əliyev Azərbaycanın daha da qüdrətli ölkəyə çevriləcəyini, siyasi-iqtisadi islahatların dərinləşdiriləcəyini bildirmişdi: “Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var”.

Məhz həmin vaxtdan etibarən Azərbaycanda mühüm yeniliklərə səbəb olan islahatlara start verildi. Bu islahatların əsas hədəfləri Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq idi.

Ötən illərin reallıqları göstərir ki, ölkəmiz bu hədəflərə doğru inamla irəliləyir, Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki nitqində qarşıya qoyduğu vəzifələr, elan etdiyi inkişaf prioritetləri həyata sürətlə vəsiqə alır. Bu baxımdan ötən 3 il islahatlar konsepsiyasının reallaşması, cəmiyyət həyatına gətirdiyi yeniliklər baxımından əlamətdardır.

 

Müstəqil və qətiyyətli siyasətin göstəriciləri

 

Dünya iqtisadiyyatında başlanan böhran son 3 ildə də davam edib. Bütün bunlara, o cümlədən neftin qiymətinin aşağı olmasına baxmayaraq həyata keçirilən islahatların, düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq 2018-2019-cu illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafında artım qeydə alındı.

Ötən 3 il həm də quruculuq işlərinin davam etdirilməsi, mühüm enerji və logistik layihələrin başa çatdırılması ilə əlamətdardır. Bu dövrdə Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən “Cənub qaz dəhlizinin” bütün seqmentlərinin inşasının başa çatdırılması, Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi ilə yeni enerji və nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində qarşıya qoyulan vəzifələr yerinə yetirildi.  Bütün bunlar və Prezident İlham Əliyevin yürütdüyü müstəqil və çoxşaxəli siyasət Azərbaycanın dünyadakı mövqelərini möhkəmləndirdi, o cümlədən Cənubi Qafqazın aparıcı dövləti kimi rolunu daha da artırdı.

2020-ci ilin əvvəlindən ötən müddət isə koronavirus pandemiyası ilə mübarizə dövrüdür. Çindən başlanan pandemiya ilə bütövlükdə dünya mübarizə aparır, amma heç də bütün dövlətlər bu sınaqdan uğurla çıxmağı bacarmırlar.

Azərbaycan da bu sınaqla üz-üzə qalsa da, ilk gündən Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, problemi xüsusi diqqət mərkəzində saxlaması böyük çətinliklərin və itkilərin qarşısını aldı. Məhz dövlət başçısının müdrik siyasəti nəticəsində ölkəmizdə vaxtında pandemiyaya qarşı səmərəli mübarizənin əsası qoyuldu. Xüsusilə qeyd edilməlidir ki, əvvəlki illərdə səhiyyə sistemində yaradılmış böyük potensial bu prosesdə mühüm rol oynayaraq İlham Əliyevin sosial siyasətinin uzaqgörənliyini təsdiq etdi. Eyni zamanda bu dövrdə yaradılan modul xəstəxanalar, respublikamıza gətirilən laboratoriyalar və digər tədbirlər Azərbaycanda koronavirus pandemiyasının faciəvi fəsadlar verməsinin qarşısını aldı. Azərbaycanın Cənubi Qafqazda koronavirusa qarşı peyvəndlənməni ilk həyata keçirən dövlət olması da Prezident İlham Əliyevin  bu məsələdə qətiyyətli siyasətinin nəticəsidir.

 

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi

 

Ötən 3 ilin ən böyük hadisəsi isə, əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpası oldu. 2018-ci il aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Aprel qələbəsinə toxunan Prezident İlham Əliyev deyirdi: “Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik”.

Uğurlarımızın memarı olan İlham Əliyevin həyata keçirdiyi siyasət, bütün istiqamətlərdə görülən kompleks tədbirlər 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində torpaqlarımızın azad edilməsi ilə Prezident, Ali Baş Komandan İlham Əliyev həm də dövlətimiz və xalqımız üçün olduqca mühüm və tarixi vəzifəni şərəflə yerinə yetirdi. Ona görə Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi tariximizin ən qüdrətli sərkərdələri ilə bir cərgədə dayanır.

Ötən 3 ilin yekunları  pozitiv və qürurdoğuran hadisələrlə zəngindir. Qarşıda duran hədəflərə  doğru gedilən yolda isə Prezident İlham Əliyevin müəyyən etdiyi siyasət sistemli, ardıcıl və məqsədönlüdür. Ən əsası bu siyasət hər addımda dövlətə və xalqa xidmət missiyası daşıyır. İrəlidə xalqımızı İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlər və uğurlar gözləyir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM