31 Oktyabr 2021 00:08
868
Səhiyyə
A- A+

Şirin dərman 

 

Şirin kartof son dərəcə qidalı, faydalı və dadlı kök tərəvəzidir. Narıncı, bənövşəyi və ya ağ rəngli müxtəlif şirin kartoflar bütün dünyada geniş şəkildə becərilir. Lif, C, A vitaminləri ilə zəngindir və beta-karotin, xlorogen turşu və antosiyaninlər də daxil olmaqla bir çox antioksidantların mənbəyidir. Bu tərəvəzlər qan şəkərini idarə edir, zəngin A vitamini tərkibi ilə göz sağlamlığını qoruyur və qəbizliyin qarşısını alır. 

Xüsusən narıncı və bənövşəyi şirin kartoflar orqanizmi sərbəst radikallardan qoruyan antioksidantlarla zəngindir.

Şirin kartof bişmiş, qaynadılmış, qovrulmuş və ya qarnir kimi istehlak edilə bilər.

Rəngli kartofların tərkibindəki həllolunan liflər bağırsağın selikli hüceyrələrini qidalandırır və onları sağlam saxlayaraq yoğun bağırsağın xərçəngindən qoruyur.

Araşdırmalar bənövşəyi şirin kartofun tərkibində olan antosiyaninin iltihabı azaldaraq və sərbəst radikalların yaratdığı zədələnmələrin qarşısını alaraq beyni qoruya bildiyini, yaddaşı yaxşılaşdırdığını ortaya çıxarıb.

Şirin kartof digər nişastalı qidalarla müqayisədə aşağı qlisemik indeksə malikdir. Yəni şəkəri yavaş-yavaş qana buraxır. Beləliklə, diabet xəstələrində qan şəkərini idarə etməyə və tənzimləməyə kömək edir. Tərkibindəki lifin diabetin müalicəsi üçün  faydalı olduğu düşünülür. Bu lifin təxminən 77 faizi həll olunmur və bu təqdirdə lif insulinə həssaslığı artıraraq qanda şəkərin miqdarını tənzimləməyə kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video