09:53 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin elektrik şəbəkələrində yenidənqurma işləri aparılır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:47 25.06.2021

 

“Azərişıq” ASC elektrik enerjisi tələbatçılarının dayanıqlı, keyfiyyətli və fasiləsiz enerji ilə təmin edilməsi, mövcud  şəbəkələrin yenidən qurulması və itkilərin qarşısının alınması istiqamətində işləri davam etdirir.

ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, “Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsi ərazisində son illər ərzində  28 ədəd 35 kV-luq yarımstansiya tikilmiş, 7 ədəd 35/0,4 kV-luq KTM quraşdırılmış və 3 ədəd 35 kV-luq mövcud köhnəlmiş yarımstansiya yenidən qurulmuşdur. Yeni tikilmiş və yenidənqurma işləri aparılmış bütün yarımstansiyalarda müasir avadanlıqlar quraşdırılmışdır.

124 km-dən artıq 35 kV-luq  yeni hava elektrik veriliş xətləri çəkilmiş, 445 ədəd müxtəlif güclü KTM quraşdırılmış, 1534 km ÖİN tipli naqil çəkilmiş və abonetlərin ünvanlarına 140 min 744 ədəd elektrik hesabat sayğacları quraşdırılmışdır.

Bu işlərin davamı olaraq hazırda Siyəzən rayonu Dağquşçu kəndində gücü 2,5 MVA olan yarımstansiya tikilir və yarımstansiyanı qidalandırmaq üçün 10,5 km uzunluğunda 35 kV hava elektrik veriliş xətlərinin çəkilişi işləri aparılır. Xaçmaz şəhərinin 21, 25-ci məhəllələrində və İstisu qəsəbəsində, Qusar şəhəri M.Vəliyev küçəsində, Həmzə və Aladaş kəndlərində, Şabran rayonu Surra kəndində, Quba rayonunun Amsarqışlaq və Vəl-Vələ kəndlərində 10 və 0,4 kV-luq şəbəkələrdə yenidənqurma işləri davam etdirilir.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM