07:56 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Şimal-1” Elektrik Stansiyası əsaslı təmir edilib

ANA SƏHİFƏ / ELANLAR
00:54 22.06.2021

 

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən aldığımız məlumata görə, 20 il əvvəl istismara verilən Bakının Şüvəlan qəsəbəsində yerləşən 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının qaz turbininin rotoru dəyişdirilməklə əsaslı təmir edilib.

100 ton çəkisi olan rotor dəyişdirildikdən sonra köhnə rotor modifikasiya üçün təmirə göndəriləcək. Bundan başqa, stansiyanın sahil nasosxanasındakı nasosların və fırlanan torların dəyişdirilməsi, qazanların daxili izolyasiya örtüyünün yenilənməsi və digər işlər həyata keçirilib.

Əsaslı təmir zamanı stansiyanın təsirlənmə sistemində ciddi yenilik edilib. 20 il idi ki, “Şimal-1” Elektrik Stansiyasında generatorun təsirlənmə sistemi bir kanallı idi və bu da stansiyanın etibarlığının aşağı olmasına səbəb olurdu. Əsaslı təmir zamanı sistemin stabilliyi funksiyalı yeni nəsil 2 kanallı təsirlənmə qurğusu ilə əvəzlənib. Bu isə sistemin stabilliyini qorumaqla yanaşı, dayanıqlığı da artırıb. Əgər bundan sonra bir kanal sıradan çıxarsa, avtomatik ikinci kanal işə düşəcək. Görülmüş işlər nəticəsində “Şimal-1” Elektrik Stansiyasında 20 meqavat “itirilmiş” güc bərpa edilib.

“Azərenerji” ASC “Şimal-1” Elektrik Stansiyasından sonra “Şimal-2” Elektrik Stansiyasının işləmə saatına uyğun olaraq yanma kameralarının da təftiş işi aparılıb. Beləliklə, ümumi

qoyuluş gücü 800 meqavat olan “Şimal” Elektrik Stansiyası  optimal vəziyyətə gətirilib.

 

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM