23 Oktyabr 2011 12:10
374
Oxucu məktubları
A- A+

Şikayətə baxıldı

 

Hörmətli redaksiya!

Biləsuvar rayon sakini Tamerlan Xalisbəy oğlu Səfərova hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyiniz ərizə araşdırılmışdır.

Məlumat üçün bildiririk ki, T.Səfərov Tibbi-sosial ekspert komissiyasının göndərişinə əsasən 2.08.2011-ci il tarixdə respublika Tibbi-sosial ekspertiza mərkəzində müayinə edilmiş və müalicəsinin davam etdirilməsi barədə TSEK-ya məsləhət verilmişdir.

Bildiririk ki, müalicəsi başa çatdıqdan sonra T.Səfərov yaşayış yeri üzrə səhiyyə müəsisəsi tərəfindən müayinə olunmalı və göndəriş (88 ¹-li forma) verildiyi halda əlillik vəziyyətinə yenidən baxılıb müvafiq qərar qəbul edilməsi üçün o, TSEK-ya müraciət etməlidir.

Bu barədə X.Səfərova yazılı məlumat verilmişdir.

 

İlqar RƏHİMOV,

əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video