07:32 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şeyxülislam Allahşükür Paşazadə: Məscidlərin açılması ilə bağlı müzakirələr aparılır  
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:51 13.05.2021

Mən məscidlərin açılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha üç dəfə müraciət etmişəm, son zamanlar da müraciətim olub. Müraciətimə də hörmətlə yanaşıblar və vəziyyəti mənə bildiriblər. Bununla bağlı müzakirələrimiz davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri qeyd edib ki, məscidlərin açılması həm də insanların özlərindən asılıdır. Biz Operativ Qərargahın qaydalarına düzgün riayət etsək, yəqin ki, məscidlərdə ibadətlərimiz də bərpa olunacaq. Digər dinlərə nisbətən İslamda başqa yerlərdə namaz qılmaq, ibadət etmək olar. Pandemiya dövründə müsəlman din xadimləri internet vasitəsilə dindarlara şəriət məsələlərini çatdırıblar, dini təbliğat davam edib. Ancaq bu gün evlənmək istəyən toy mərasimi təşkil edə bilmir. Biz bu gün ata-anamızı istədiyimiz kimi mərasimlə dəfn edə bilmirik. Əlbəttə, mən ehsanların tərəfdarı deyiləm. Amma müvafiq qaydada dəfn üçün imkan yaranmasını istərdik. Dövr, həyat bizə məhdudiyyətlər qoyub. Biz nə qədər Operativ Qərargahın qaydalarına riayət etsək, o qədər də tez məscidlər, məbədlər açılacaq, toylar olacaq.

“Bu gün qarşımızda COVID-19 pandemiyası kimi bir çətinlik dayanır. Allah tezliklə bizi bu xəstəlikdən azad etsin. Bu gün dünyanın böyük dövlətləri də bir gün ərzində minlərlə vətəndaşını itirir. Bir təyyarə qəzasında 200-300 nəfər həlak olanda bütün dünya o dövlətə, xalqa başsağlığı verir. Hazırda hər gün minlərlə insan həyatını itirir, bəzi dövlətlərdə ənənələrə uyğun olaraq gün ərzində meyitləri yandırmağa odun da çatmır. Allah bizi belə bəladan saxlasın”, - deyən QMİ sədri əlavə edib: Zəfərimizə həsr olunmuş məscidin Şuşada tikilməsinə başlanılması böyük hadisədir. İnşallah, o məscid Vətənimizin bir tacı olacaq. Mən Allaha bizə belə bir Qələbə nəsib etdiyi üçün dua edirəm. Bu Qələbə Heydər Əliyev siyasətinin, onun yolunun bəhrəsidir. Bu gün ulu öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu Qələbəni qazana bildik. İlham Əliyev tarixdə bir fateh kimi qalacaq, min illər keçəcək, Azərbaycan xalqı bunu unutmayacaq. Allah nəsib etsin, tezliklə, məbədlərimizə, məscidlərimizə qayıdaq”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM