04:20 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şeyxülislam Allahşükür Paşazadə: Dini liderlərinin üçtərəfli görüşündə Azərbaycan Prezidenti və dövləti ilə bir daha qürur duydum
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:47 14.10.2021

Mən 30 ildir erməni dini lideri ilə görüşlər keçirirəm. Bu illər ərzində heç vaxt əyilməsəm də, daxilimdə bir qüssə var idi. Lakin bu dəfə tamam fərqli görüş oldu. Bunun səbəbi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbə idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB Dinlərarası Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşündən sonra jurnalistlərə müsahibəsində deyib.

Qafqaz müsəlmanlarının lideri deyib: “Biz heç vaxt görüşdən qaçmamışıq və bu görüşlə bağlı Rusiya Patriarxı Kirilin təklifini də qəbul etdik. Rusiya Patriarxı ilə ikitərəfli görüşdə erməni tərəfdən ona xeyli yanlış informasiyalar verildiyinin şahidi oldum. Buna görə də,Patriarx Kirilə Qarabağ reallıqları ilə bağlı ətraflı məlumat verdim.

Üçtərəfli görüş mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki görüşdə qalib tərəf kimi iştirak edirdim. Qarşı tərəfin gözlərindəki məyusluğu hiss edirdim. Bu, bizim Qələbəmizin nəticəsi idi. Bu Qələbəyə görə qəhrəman şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu görüşdə Azərbaycan Prezidenti və dövləti ilə bir daha qürur duydum”.

Görüşdə bir çox məsələlərin müzakirə olunduğunu deyən QMİ sədri bildirib ki, onlardan biri də Qarabağda yaşayan ermənilərin dini ibadətlərinə şəraitin yaradılması ilə bağlı idi. “Mən dedim ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün hər cür şərait yaradılıb. Digər məsələ üçtərəfli Bəyanatın imzalanmasından sonra erməni dini liderin Xankəndiyə getməsi ilə bağlı idi. Bu məsələ ilə bağlı erməni katolikosu mənim sualımı cavablandıra bilmədi. Erməni dini rəhbəri “hərbi əsirlər” məsələsinə də toxundu. Mən isə dedim ki, Azərbaycanda heç bir erməni hərbi əsir yoxdur”, - deyə QMİ sədri qeyd edib.

Şeyxülislam, həmçinin bildirib: “Görüşdə katolikos “Qarabağın statusu” məsələsini də qaldırdı. Lakin mən bildirdim ki, Azərbaycan Prezidenti bu məsələyə münasibətini bildirib. Heç bir status olmayacaq. Ümumilikdə görüşü məhsuldar hesab edirəm. Görüşün təşəbbüskarı olan Rusiya Patriarxə Kirilə təşəkkür edirəm. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılara şəfa, qazilərimizə cansağlığı arzulayıram”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM