15 Mart 2014 04:03
563
PARLAMENT
A- A+

Seyşel Adaları Respublikasının sabiq prezidenti Milli Məclisdə olmuşdur

Martın 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Seyşel Adaları Respublikasının sabiq prezidenti, Mərkəzi Asiya, Sakit Okean Hövzəsi Beynəlxalq Demokratları Təşkilatının vitse-prezidenti Ceyms Riçard Mançam ilə görüşmüşdür.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, Oqtay Əsədov belə səfərlərin əlaqələrimizin inkişafına xidmət etdiyini vurğulamışdır. Sədr Azərbaycan parlamentinin tarixi və bugünkü fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, müsəlman Şərqində ilk demokratik dövlət quran Azərbaycan hələ ötən əsrin əvvəlində qadınlara seçib-seçilmək hüququ vermişdir. Bu gün də qadınlar Azərbaycan parlamentində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Oqtay Əsədov Azərbaycanın qanunverici orqanında təmsil olunan siyasi partiyaların və hakim Yeni Azərbaycan Partiyasının cəmiyyətdə oynadığı roldan danışmışdır. Məlumat verilmişdir ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adı ilə bağlı olan bu partiyanın təmsilçiləri parlamentdə çoxluq təşkil edir və qanun yaradıcılığında, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında fəallıq göstərirlər.
Milli Məclisin sədri qonağın təmsil etdiyi siyasi qurum ilə Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqələri yüksək qiymətləndirmişdir. O, dövlətlərarası münasibətlər sistemində parlamentlərin roluna diqqəti cəlb edərək iki ölkə arasında bu səviyyədə münasibətlərin inkişafının digər sahələrə də müsbət təsir göstərəcəyinə inandığını bildirmişdir.
Ceyms Riçard Mançam ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etmişdir. O, Azərbaycanda şahidi olduğu inkişafa heyran qaldığını xüsusi vurğulamışdır. Qonaq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin dərinləşməsində əhəmiyyətli rol oynayacağına inandığını söyləmişdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video