05 Sentyabr 2021 00:45
1268
Elm və texnika
A- A+

Sevginin rəmzi

 

Bütün bitkilər və çiçəklər kimi qızılgülün də tarixi insanlıq tarixindən əvvəl başlayır. Müxtəlif filiz yataqlarında tapılan qızılgüllərin yaşı 25-40 milyon il əvvələ gedib çıxır. Mədəniləşdirilmiş qızılgülün yaşı isə təqribən 5000 ildir. Yazılı tarixdə qızılgül haqqında ilk qeydlər 5000 il əvvəl Mesopotamiya gil lövhələrində tapılıb. Bir çox tarixçilər qızılgül suyunun Babil kimi qədim sivilizasiyalarda istifadə olunduğunu ehtimal edirlər.

Qədim Misirdə qızılgülü təsvir edən ən qədim heroqlif eramızdan əvvəl 1400-cü ilə aiddir. Daha sonra eramızdan əvvəl 400-200-cü illərə aid olan Misir türbəsində qızılgül çələnginə rast gəlinir. Kleopatra dövründə qızılgülün adı tez-tez xatırlanır. Kleopatra qızılgülləri çox sevirdi. Onun südlü hamamları gül ləçəkləri ilə bəzənir, ayaqlarının altına gül ləçəkləri səpilirdi.

Qızılgül Çin mədəniyyətində xüsusi əhəmiyyətə malikdir. Konfutsi Çin imperatorunun bağlarındakı qızılgüllərlə bağlı yüzlərlə kitabın olduğunu qeyd edir.

Romalılar qızılgülü yunanlar vasitəsilə tanıyıblar. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə üstünlük verən romalılar bu güllə tanış olduqdan sonra buğda sahələri və meyvə bağlarından başqa böyük ərazidə qızılgül bağları da salardılar. Qızılgüllərin istifadəsi getdikcə daha çox genişlənib. Gözəl ətri olduğu üçün xanımlar onlardan ziyafətlərdə, məclislərdə istifadə edir, bu gülü gözəllik reseptlərinə daxil edirdilər. Romalılar qızılgül suyunun antiseptik və antibakterial xüsusiyyətlərindən xəbərdar idilər. Buna görə də onlar əllərini qızılgül suyu ilə yuyur və bu su ilə vanna qəbul etməkdən zövq alırdılar. Beləliklə, bütün müsbət keyfiyyətlərinə görə qızılgül əkini və ticarəti artırılır.

Qızılgülü çox sevən və tez-tez bu gülün suyu ilə yuyunan imperatriça Jozefinin (Fransa imperatoru Napoleon Bonapartın həyat yoldaşı) dövründə qızılgül Fransada şöhrət qazanıb. İmperatriça 1798-ci ildə “Malmaison Gardens” kimi tanınan gül bağlarını saldırıb. Arvadının güllərə olan marağını dəstəkləyən Napoleon uzaq ölkələrə üzən kapitanlarına yeni gül növləri tapdıqları halda fidanlarını ölkəyə daşımalarını əmr edib. Beləliklə, kolleksiyadakı çeşid çoxalıb. Ölümünə qədər davam edən 16 il ərzində bu bağlarda 250 müxtəlif növ gül yetişdirilib, xərclərini imperatriça özü ödəyib.

Qızılgülə maraq Fransadan İngiltərəyə keçib. Daha sonra Qərbi Avropa, Amerika və Avstraliya qızılgüldən müxtəlif yollarla faydalanmağa başlayıb. Qədim sivilizasiyaların əksəriyyətində qızılgül suyu dini və mənəvi mərasimlərdə istifadə edilib. Erkən xristian dövründə bütpərəst bir adət kimi qəbul edildiyi üçün qızılgül suyunun istifadəsinin qarşısı alınıb. Lakin sonradan xristianlıq da digər dinlər kimi qızılgülü müqəddəs simvollarına daxil edib.

Orta əsrlərdə qızılgülün müalicəvi xüsusiyyətləri önə çıxıb. Orta əsrlər və İntibah dövründə qızılgül depressiya üçün ən məşhur müalicə üsulu olub. Orta əsrlərdə Avropada unudulmuş qızılgül bağları səlibçilərin Yaxın Şərq ölkələrindən məmləkətlərinə apardıqları qızılgül fidanları ilə yenidən canlanmağa başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video