09 Iyun 2021 19:17
815
SİYASƏT
A- A+

Sergey Lavrov: Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması qonşu ölkələrin maraqlarına uyğundur

 

Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması qonşu ölkələrin, o cümlədən Türkiyə və İranın da maraqlarına uyğundur.

AZƏRTAC xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu fikri Moskvada keçirilən “Primakov qiraətləri” forumunda söyləyib. Onun sözlərinə görə, iqtisadi əlaqələrin bərpası və kommunikasiyaların açılması üzrə üçtərəfli qrupun işi Dağlıq Qarabağ münaqişəsinin başlandığı 1980-ci illərin sonuna qədər mövcud olmuş normal təsərrüfat həyatının bərpasına yönəlib.

S.Lavrov deyib: “Ötən il noyabrın 9-da döyüş əməliyyatlarının dayandırılması ilə eyni vaxtda liderlər bütün kommunikasiyaların açılması barədə razılığa gəldilər. Əslində bu, neçə illər əvvəl Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının timsalında ATƏT-in Minsk qrupunun həmsədrləri xətti ilə razılaşdırılmış əsas prinsiplərdən biridir, cari ilin yanvar ayında isə həmin prinsipial razılaşmanın davamı kimi Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşündə baş nazirlərin müavinləri səviyyəsində məxsusi olaraq bu regionda bütün iqtisadi, nəqliyyat və digər kommunikasiyaların açılması ilə məşğul olan üçtərəfli işçi qrupu yaradıldı”.

RF XİN başçısı vurğulayıb ki, tərəflər, əlbəttə, öz qonşularının maraqlarını da nəzərə alırlar. Cənubi Qafqazdan bir sıra mühüm marşrutlar keçir və üçtərəfli işçi qrupun fəaliyyətinin səmərəliliyi, ilk növbədə, bu marşrutların açılmasının insanların həyatını yaxşılaşdırmağa birbaşa nə dərəcədə kömək edəcəyi ilə müəyyən olunacaq.

S.Lavrovun fikrincə, “Bu üçtərəfli diskussiyalarda Türkiyənin və İranın mənafeləri birmənalı olaraq nəzərə alınır, əks halda bütün bu açılmaların maksimum effekti olmayacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video