13 Iyun 2021 00:33
745
İDMAN
A- A+

Şenol Günəş: “Rəqibin tempi, sürəti, texniki səviyyəsi çox yaxşı idi”

 

“Avro-2020”nin açılış matçında İtaliyaya uduzan (0:3) Türkiyə millisinin baş məşqçisi Şenol Güneş oyun haqqında fikirlərini bölüşüb.

O, İtaliya millisinin onlardan üstün oynadığını  deyib: “Rəqib bizdən üstün idi. Texnika və taktikada da onlar öndə idilər. İlk hissədə rəqibin təzyiqini üstümüzdən ata bilmirdik. İtaliya millisi topa sahib çıxanda onu asanlıqla vermir. Təzyiq göstərəndə isə topu bizdən asanlıqla alırdılar. Ancaq ikinci hissədə ilk qoldan sonra oyuna nəzarəti daha da itirdik. Meydançada bizdən daha üstün bir komanda var idi. Rəqibin tempi, sürəti, texniki səviyyəsi, meydançada oyunu idarə etməsi çox yaxşı idi. Nəticədə bizdən üstün çıxış edən bir komandaya uduzduq. İtaliya millisi nə qədər yaxşı oynasa da, biz öz çıxışımızı sərgiləyə bilmədik.

Bəlkə də ikinci hissənin əvvəlində belə bir qol buraxmasaydıq, daha güclü oynayardıq. Bu qarşılaşmada qazana biləcəyimiz 1 və ya 3 xal bizim üçün əhəmiyyət kəsb edirdi. Amma alınmadı. Çox məyusuq. Bu bir yarışdır. Qalib gəlsək belə bu matç son oyunumuz olmayacaqdı. İndi qarşıda 2 görüşümüz var. Onların hər ikisində qələbə qazanmaq istəyirik. Əvvəlcə Uelslə qarşılaşacağıq. Futbol oyundan asılı olaraq dəyişə bilir. Ümid edirik ki, Uelslə oyunda istədiyimiz kimi oynayıb yaxşı nəticə əldə edərik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video