06 Oktyabr 2011 07:10
339
Məktublar
A- A+

Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarına

 

Hörmətli konfrans iştirakçıları!

Sizi - Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarını salamlayır və konfransın işə başlaması münasibətilə təbrik edirəm.

1992-ci ildə yaradılmış Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi bu gün müəssisələrin iqtisadi və sənaye potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərən təşkilata çevrilmişdir.

İşgüzar konfransın keçirildiyi bu günlərdə Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü geniş qeyd olunur. Müstəqillik illərində siyasi və iqtisadi islahatları uğurla həyata keçirən Azərbaycan regionun aparıcı dövlətlərindən olmaqla, transmilli layihələrin fəal iştirakçısıdır.

Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri də sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. Bu istiqamətdə qəbul edilmiş müxtəlif dövlət proqramları uğurla icra olunmaqdadır. Təsadüfi deyildir ki, hazırda ölkədə ümumi daxili məhsulun 80 faizinin çoxu özəl bölmənin payına düşür və qarşıda duran bir çox vəzifələrin həyata keçirilməsində sahibkarların rolu artmaqdadır. 

Sahibkarlığın inkişafında iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların birlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Əminəm ki, Bakı şəhərində keçirilən işgüzar konfrans bu məsələlərin müzakirəsi üçün gözəl fürsət və gələcək səmərəli fəaliyyətinizə möhkəm zəmin yaradacaqdır.

Konfransın işinə uğurlar arzulayıram.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 oktyabr 2011-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video